Icma.az
close
up
RU
USQ yə əsir düşən koreyalı əsgər intihara cəhd etdi, sonra romantik filmə baxdı

USQ yə əsir düşən koreyalı əsgər intihara cəhd etdi, sonra romantik filmə baxdı

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna tərəfindən ələ keçirilən Şimali Koreya hərbçilərindən biri əvvəlcə intihar etməyə cəhd edib, sonra isə Koreya romantik filmlərinə baxmağı tələb edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə onu əsir götürən Ukrayna desant qüvvələri məlumat verib.  

"Döyüş zamanı artıq yaralanmışdı, amma təxliyə maşını gələnə qədər nisbətən sakitləşmişdi, - 95-ci hücum briqadasının əsgəri bildirib. Ukrayna Hava-Desant Qüvvələrinin mətbuat xidməti tərəfindən dərc olunan müsahibədə deyilir: - Biz onu yolla aparırdıq, yaxınlıqda beton sütunlar vardı. O, qəfildən qaçaraq başını bir sütuna çırpdı”.  

Şimali Koreya keçən ilin avqustunda Ukraynanın gözlənilməz hücumundan sonra Rusiyanın Kursk bölgəsində Ukrayna qoşunlarını çıxarmaq üçün təxminən 12000 əsgər göndərib.  

Şimali Koreya əsgərləri döyüş meydanında oktyabrın sonunda görünüblər. Ukraynalı hərbçilər onların əsir düşməkdənsə özlərini öldürməyi üstün tutduqları üçün ağır bir reputasiya qazandıqlarını bildirirlər.  

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, müharibə başladığından bəri Şimali Koreyanın 4000 əsgəri ya həlak olub, ya da yaralanıb.  

Yanvarın 11-də Ukrayna qüvvələri iki Şimali Koreya hərbçisini sağ əsir götürüb. Onlar müalicə və dindirilmə üçün Seulun casus təşkilatlarının köməyi ilə Kiyevə aparılıb.  

Nə Kreml, nə də Pxenyan müharibədə Şimali Koreyanın iştirakını təsdiq edib. Ukrayna isə Rusiyanın şimali koreyalı ölənlərin üzlərini tanınmaz hala gətirmək üçün yandırılmasını tapşırdığını bildirib.  

Əsir düşən iki şimali koreyalı Ukrayna üçün böyük təbliğat vasitəsi sayıla bilər. Videolarda əsirlər Rusiyaya təlim üçün göndərildiklərini, lakin daha sonra döyüşlərdə iştirak etməyə məcbur edildiklərini bildiriblər. Onlara saxta Rusiya hərbi şəxsiyyət vəsiqələri verilibmiş.  

Əsiri ələ keçirən Ukrayna desant qoşunlarının əsgərləri hərbçini bir səngərdə, döyüş uğursuzluğundan sonra yaralı vəziyyətdə tapdıqlarını qeyd edib. "Onun başı və bir qolu yaralanmışdı. Üstündə qumbara, bıçaq və sosiska vardı. Mən ondan hər şeyi atmasını istədim, amma sosiskanı yemək olduğu üçün vermək istəmədi. Biz də qoyduq qalsın”, - əsgər deyib.  

İntihara cəhd edən şimali koreyalı başqa bir birliyə təhvil verilib.  

"O sakitləşdi. Digər əsgərlər yaralarını sarıyıb ona yemək verdilər. Bir müddət sonra isə Koreya dilində romantik filmlərə baxmaq istədiyini dedi”, - desant qüvvələrinin əsgəri əlavə edib.  

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Yanvar 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri