“USS Abraham Linkoln” rekord qıraraq ABŞ yə qayıdır
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi Yaxın Şərqdə 250 gündən çox davam edən missiyadan sonra ABŞ-yə qayıtmağa başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, gəmi bazar günü səhər tezdən Sinqapur yaxınlığından keçərək Yaxın Şərqdən ABŞ istiqamətində hərəkət edib. Agentliyin jurnalistləri gəmini İndoneziyanın Batam adası sahillərindən, Sinqapur boğazının digər tərəfində müşahidə ediblər.
Məlumata görə, “USS Abraham Lincoln” yerli vaxtla saat 01:00 radələrində Sinqapur yaxınlığından keçib.
Təyyarədaşıyan gəminin ABŞ-nin İrana qarşı hərbi əməliyyatında iştirak etdiyi qeyd olunub. Missiya zamanı gəmi 250 gündən çox limana daxil olmadan dənizdə qalıb və bununla ABŞ Hərbi Dəniz Qüvvələri tarixində ən uzunmüddətli fasiləsiz səfərbərliklərdən birinə imza atıb.
Uzunmüddətli missiya gəmi heyətinin vəziyyəti ilə bağlı narahatlıqlara səbəb olub. Əvvəlki hesabatlarda hərbçilərin psixoloji vəziyyətinin pisləşdiyi, həmçinin qida və gigiyena məhsulları da daxil olmaqla bəzi təchizatların çatışmazlığı ilə bağlı problemlərin yaşandığı bildirilib.
“USS Abraham Lincoln”un ABŞyə qayıtmazdan əvvəl Taylandda dayanacağı gözlənilir. Tayland hakimiyyətinin məlumatına görə, gəmi heyətin istirahət etməsi və hərbçilərin sağlamlıqlarını bərpa etməsi məqsədilə ölkədə qısa müddət qalacaq.
Bu mövzuda digər xəbərlər:ABŞ nin USS Abraham Linkoln gəmisini vurduq SEPAH
07 Mart 2026 00:17
İran USS Abraham Linkoln gəmisini sıradan çıxarıb
13 Mart 2026 17:26
“USS Abraham Linkoln“la bağlı şok ETİRAF
17 Avqust 2026 09:17
“USS Abraham Linkoln” Yaxın Şərqdəki missiyasını başa vurdu
21 Avqust 2026 23:10
İran “USS Abraham Linkoln” gəmisini lağa qoydu: “Yoruldum, rəis”
27 Avqust 2026 16:09
Baxış sayı:168
Bu xəbər 30 Avqust 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















