“USS Gerald R. Ford“ təyyarədaşıyan gəmisi Hind okeanına istiqamətlənib
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şərqi Aralıq dənizini martın 5-də tərk edən Amerikanın "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisi Qırmızı dəniz boyunca Hind okeanı istiqamətində hərəkət edir.
Moderator.az xəbər verir ki, bu barədə "Itamilradar" portalının məlumatlarından məlum olub.
Hazırda "USS Gerald R. Ford" onu müşayiət edən raket esmineslərinin gəlişini gözləyərək Səudiyyə Ərəbistanı sahillərinin yaxınlığındadır. Yəmən yaxınlığındakı Bab əl-Məndəb boğazından keçərkən təyyarədaşıyan gəmidəki döyüş mühafizəsi lazım ola bilər.
Təyyarədaşıyan gəminin və onu müşayiət edən gəmilərin İran sahillərindən 350 km cənub-şərqdə, Ərəb dənizində döyüş tapşırıqlarını yerinə yetirən "USS Abraham Lincoln" gəmisinin zərbə qrupuna qoşulacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:206
Bu xəbər 09 Mart 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















