Icma.az
close
up
RU
ÜST 77 yaşında: “Hər 7 saniyədə bir qarşısı alına bilən ölüm baş verir”

ÜST 77 yaşında: “Hər 7 saniyədə bir qarşısı alına bilən ölüm baş verir”

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan sonra dünyanın 194 ölkəsi, o cümlədən  1992-ci ildə Azərbaycan təşkilata üzv qəbul olunub.

Sfera.az xəbər verir ki, 1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir.

Həmin gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu bu münasibətlə xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradır.

Zaman-zaman bu tarix Ümumdünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunub və müxtəlif şüarlar altında qeyd edilib.

Məsələn, 2024-cü ildə  ​Ümumdünya Sağlamlıq Gününün şüarı "Sağlamlığım, haqqım" ("My health, my right") olub.  Bu mövzu hər kəsin keyfiyyətli səhiyyə xidmətlərinə, təhsilə və məlumatlara, eləcə də təhlükəsiz içməli suya, təmiz havaya, düzgün qidalanmaya, keyfiyyətli yaşayış şəraitinə və ayrı-seçkilikdən uzaq bir mühitdə yaşamaq hüququna malik olduğunu vurğulayırdı. Bu şüarla Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlığın fundamental insan haqqı olduğunu və hər kəsin bu hüquqlardan bərabər şəkildə faydalanmasının vacibliyini ön plana çəkib.

Bu il isə təşkilatın yaranmasının 77-ci ili  "Sağlam başlanğıclar, ümidverici gələcək" (Healthy beginnings, hopeful futures) şüarı ilə ana və uşaq sağlamlığı mövzusunda qeyd edilir.

 “2025-ci il aprelin 7-də qeyd olunan Ümumdünya Sağlamlıq Günü ana və yeni doğulan körpələrin sağlamlığı ilə bağlı bir il davam edəcək kampaniyaya start verəcək. “Sağlam başlanğıclar, ümidli gələcək” adlı kampaniya hökumətləri və səhiyyə ictimaiyyətini analar və yeni doğulan körpələr arasında qarşısı alına bilən ölümlərə son qoyulması üzrə səyləri artırmağa, qadınların uzunmüddətli sağlamlığına və rifahına üstünlük verməyə çağırır. ÜST və tərəfdaşları, həmçinin sağlam hamiləlik, doğuşlar və anaların sonrakı sağlamlığını dəstəkləmək üçün faydalı məlumatları paylaşacaq”,- təşkilatın yaydığı məlumatda deyilir.

ÜST hər bir qadının və körpənin sağ qalmasına və inkişaf etməsinə kömək etmək üçün birgə səylərin vacibliyini vurğulayaraq qeyd edib:

“Bu vəzifə kritikdir. Təəssüf ki, hazırda dərc edilmiş hesablamalara əsasən, hər il 300 minə yaxın qadın hamiləlik və ya doğuş səbəbindən həyatını itirir, 2 milyondan çox körpə həyatının ilk ayında ölür və onların 2 milyondan çoxu ölü doğulur. Bu hər 7 saniyədə təxminən qarşısı alına bilən bir ölüm halı deməkdir”.

Mövcud tendensiyalara əsasən, 5 ölkədən 4-ü 2030-cu ilə qədər anaların sağ qalma səviyyəsini yaxşılaşdırmaq üçün hədəflərə çatmaq yolunda deyil. Hər 3 ölkədən 1-i yeni doğulmuş ölümlərin azaldılması hədəflərinə çata bilməyəcək.

Qeyd edək ki, ölkəmizdə də ana və körpə ölümlərinin, abortların sayının artmasını müşahidə edirik. Belə ki, rəsmi statistikaya görə, 2023-cü ildə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 33 olub. Bu da 2022-ci illə müqayisədə 15 nəfər çoxdur. Körpə ölümlərinin sayı isə 2039 olub ki, bu isə 2022-ci illə müqayisədə 1080 nəfər artım deməkdir. 

Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir.

Sonda onu da bildirək ki, sağlamlıq yalnız xəstəlikdən uzaq olmaq deyil, həm də fiziki, psixoloji və sosial rifahın bir bütövüdür. Bu gün bizə xatırladır ki, sağlam bir cəmiyyət yalnız fərdlərin sağlamlığı ilə mümkündür və bu istiqamətdə birgə fəaliyyət, həmrəylik və məsuliyyət son dərəcə vacibdir.

Firuzə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Aprel 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see173

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see127

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see123

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see123

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri