ÜST antibiotiklərə davamlı infeksiyaların kəskin surətdə artması barəsində xəbərdarlıq edib
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Bütün dünyada infeksion xəstəliklərin standart antibiotiklərə dayanıqlılığı geniş miqyas almaqdadır.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.
ÜST-nin mətbuat üçün məlumatında deyilir: "2023-cü ildə bütün dünya üzrə laboratoriyada təsdiq edilmiş hər bakterial infeksiyaya yoluxma faktından biri antibiotiklərlə müalicəyə davamlı olub".
Yeni hesabata görə, 2018-2023-cü illər ərzində izlənən "patogen-antibiotik" kombinasiyalarının 40 faizdən çoxu davamlılıq səviyyəsinin artdığını göstərib, halbuki onların payı ildə, orta hesabla, yalnız 5-15 faiz artırdı. Ən yüksək göstəricilər Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi ölkələrində qeydə alınıb. Burada yoluxma hallarının üçdəbir hissəsi antibiotiklərə qarşı davamlı olub. Afrika ölkələrində isə xəstəlik hallarının yalnız beşdəbir hissəsinin antibiotiklərlə müalicəsi səmərəsiz olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 Oktyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















