Icma.az
close
up
RU
ÜST: Avropa yeniyetmə qızlar arasında siqaretçəkmə üzrə liderdir

ÜST: Avropa yeniyetmə qızlar arasında siqaretçəkmə üzrə liderdir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 Fevral, AZƏRTAC

ÜST-nin Avropa Regional Ofisi tütün istifadəsi ilə bağlı yeni bülletenlər dərc edib. Onların nəticələri məyusedicidir.

AZƏRTAC ÜST-nin bülletenlərinə istinadla xəbər verir ki, Avropa və Mərkəzi Asiyanın 53 ölkəsini əhatə edən məlumatlara görə, Avropa regionu 2030-cu ilə qədər tütün istifadəsində qlobal miqyasda birinci yeri tutmağa davam edəcək və qadınlar və gənclər arasında narahatlıq doğuran tendensiyalar daha çox müşahidə olunacaq.

Regionda tütün nəzarəti üçün güclü təməl var, lakin nikotin tərkibli məhsullar bazarı sürətlə genişlənir və siyasət tədbirləri həmişə bu dəyişikliklərə uyğun gəlmir. “Avropa regionunda tütün istifadəsi artıq hər il qeyri-yoluxucu xəstəliklərdən 1,1 milyondan çox insanın ölümünə səbəb olur. Səylərimizi gücləndirməsək, 2030-cu ilə qədər dünyada ən pis göstəricilərə malik region olaraq qalacağıq”, - deyə ÜST-nin Avropa regional direktoru Hans Klyuge bildirib. O əlavə edib: “İndi bu kursu dəyişdirməliyik: gəncləri nikotin asılılığından qorumalı və sənayenin səhiyyə siyasətinə müdaxilə etmək cəhdlərini dayandırmalıyıq”.

ÜST-nin Avropa regionu dünyada qadınlar arasında tütün istifadəsini 2025-ci ilə qədər 30% azaltmaq kimi qlobal hədəfə çata bilməyəcəyi gözlənilən yeganə ərazidir. Son hesablamalara görə, qadın siqaretçəkənlərin sayı 2010-2025-ci illər arasında cəmi 12% azalacaq.

Dünyadakı yetkin qadın siqaret çəkənlərin 40%-dən çoxu - 62 milyonu məhz Avropa regionunda yaşayır.

Qlobal miqyasda qızlar arasında tütün istifadəsinin ən yüksək nisbəti də Avropa regionunda - 13-15 yaşlı qızlar arasında müşahidə olunur.

Avropada 13-15 yaşlarında təxminən 4 milyon yeniyetmə tütün məhsullarından istifadə edir. Daha da həyəcanverici bir tendensiya elektron siqaretlər üzrə müşahidə olunur: ÜST-nin Avropa regionu dünyada yeniyetmələr arasında elektron siqaret istifadəsinin ən yüksək yayılmasına malikdir (14,3%), bu göstərici oğlanlar və qızlar arasında demək olar ki, eyni nisbətdədir.

Klyuge bildirib: “Bu, təsadüf deyil və tütün sənayesinin gəncləri dadlar və mürəkkəb sosial media marketinq sxemləri vasitəsilə cəlb etmək üçün hədəflənmiş strategiyasının nəticəsidir. Belçika, Danimarka və Niderland kimi ölkələrin təcrübəsi göstərir ki, bu tendensiyaya qarşı yeni məhsulları tənzimləmək, dad əlavələrini qadağan etmək və reklamı məhdudlaşdırmaqla mübarizə aparmaq olar”.

Regiondakı ölkələrin əksəriyyətində tütün məhsullarının effektiv monitorinq sistemləri mövcud olsa da və qablaşdırmada böyük, qrafik sağlamlıq xəbərdarlıqları tələb olunsa da, ÜST digər tədbirlərin tətbiqinin daha az uğurlu olduğunu qeyd edir.

Bütün ictimai yerlərdə hərtərəfli tüstüsüz qanunlar 53 ölkədən yalnız 18-ində mövcuddur. Milli səviyyədə xərcləri əhatə edən siqareti tərgitmə xidmətləri cəmi 12 ölkədə fəaliyyət göstərir. Tütün reklamı və təşviqinə hərtərəfli qadağa təkcə 13 ölkədə tətbiq olunur, 19 ölkədə siqaretlər hazırda 2014-cü ildəki ilə müqayisədə daha ucuzdur.

Elektron siqaretlərin və digər yeni yaranan nikotin məhsullarının tənzimlənməsi parçalanmış olaraq qalır ki, bu da tütün nəzarəti tədbirlərinin ümumi effektivliyini azaldır.

Təşkilat ölkələri ÜST-nin Tütün Nəzarəti üzrə Çərçivə Konvensiyası çərçivəsində öhdəliklərini yerinə yetirməyə, icra tədbirlərini gücləndirməklə və tütün məhsullarına nəzarət mexanizmlərinin yeni yaranan tütün və nikotin məhsullarını əhatə etməsini təmin etməklə bu boşluqları aradan qaldırmağa çağırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Fevral 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri