ÜST Avropanı kəskin istilərə hazır olmağa çağırdı:Siyahıda Azərbaycan da var
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge Avropa ölkələri səhiyyə sistemlərini pandemiyalar kimi kəskin istilərə də hazır olmağa çağırıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, o, xüsusilə xəstəxanaların hazırlığına diqqət çəkib və bu məsələyə pandemiyaya hazırlıq qədər ciddi yanaşılmalı olduğunu deyib:
"Həddindən artıq qızmış palatalar, həddindən artıq yüklənmiş işçi heyəti və sıradan çıxan soyutma və informasiya sistemləri 21-ci əsr Avropa yayı şəraitində qəbuledilməzdir"
Ekspert qeyd edib ki, bu yayın dərsləri konkret və praktikdir:
"Erkən xəbərdarlıq sistemləri yalnız əhali üçün tövsiyələr deyil, həm də qətiyyətli ictimai səhiyyə tədbirləri ilə avtomatik olaraq izlənildikdə həyatları xilas edir".
O, ən həssas vətəndaşların müayinəsi, ictimai yerlərin soyudulması və açıq havada işləyənlər üçün iş qrafiklərinin tənzimlənməsi kimi tədbirləri misal gətirib.
Qeyd edək ki, ÜST-ün Avropa Regionu, Rusiya, Türkiyə, Qafqaz, Qazaxıstan, Qırğızıstan və Tacikistan da daxil olmaqla, Avropa və Orta Asiyada 53 ölkəni əhatə edir.
Anar
Bu mövzuda digər xəbərlər:ÜST xəbərdarlıq edir: Avropa xəstəxanaları kəskin istilərə hazır olmalıdır
23 İyul 2026 20:36
Ölümcül istilər yenidən Avropanı bürüyəcək ÜST dən xəbərdarlıq
08 İyul 2026 09:04
Avropa ölkələri həddindən artıq istilərə hazır deyil ÜST
07 İyul 2026 19:58
Ukrayna Avropanı danışıqlar prosesində aktiv olmağa çağırdı
12 May 2026 12:44
Azərbaycan uzun illər Avropanı qazla təmin edəcək
07 Yanvar 2026 11:00
Baxış sayı:145
Bu xəbər 23 İyul 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















