Icma.az
close
up
RU
ÜST dən xəbərdarlıq: Ebola epidemiyası rekord sürətlə yayılır

ÜST dən xəbərdarlıq: Ebola epidemiyası rekord sürətlə yayılır

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Konqo Demokratik Respublikasında (KDR) hazırda müşahidə olunan Ebola qızdırması tarixdə ən sürətlə yayılan epidemiya olub. Həkimlər eyni zamanda virusun gizli ötürülmə zəncirlərini qeydə alırlar.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Bu epidemiya artıq miqyasına görə tarixdə ikinci ən böyük epidemiya olub. Eyni zamanda, bu, tarixdə ən sürətlə yayılan epidemiyadır və çox geniş coğrafi ərazini əhatə edir”, – deyə onun sözləri ÜST-nin saytında sitat gətirilib.

Qebreyesus izah edib ki, ölümcül infeksiyanın yayılmasına təhlükəsiz dəfn mərasimlərinin keçirilməsi üçün şəraitin olmaması səbəb olur. Buna görə də ölüm hallarının əksəriyyəti hələ də birbaşa yerli icmalar daxilində qeydə alınır.

O vurğulayıb ki, bütün gizli yoluxma yolları müəyyən edilmədən və sanitar vəziyyət sabitləşdirilmədən regionda virusun daha da yayılmasının qarşısını almaq mümkün olmayacaq.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin KDR-dəki nümayəndəsi Jülyen Harneys avqustun 20-də bildirib ki, son 20 gün ərzində virus infeksiyasından qeydə alınan 2 500 ölüm hadisəsinin yarısı məhz Ebolanın payına düşüb.

O qeyd edib ki, epidemiya 30 ildir silahlı münaqişənin davam etdiyi bir regionda baş verir və bu səbəbdən humanitar ehtiyaclar son dərəcə yüksək olaraq qalır.

“Reuters” agentliyi avqustun 11-də xəbər verib ki, epidemiya virusun heyvandan insana ötürülməsi ilə bağlı yeni yoluxma halı nəticəsində başlayıb, daha sonra isə insanlar arasında yayılıb. Araşdırma zamanı epidemiyanın mənbəyi olan heyvanı müəyyən etmək mümkün olmayıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Sentyabr 2026 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri