Icma.az
close
up
RU
ÜST: Dünyada təqribən 2,2 milyard insan təhlükəsiz su xidmətlərindən məhrumdur

ÜST: Dünyada təqribən 2,2 milyard insan təhlükəsiz su xidmətlərindən məhrumdur

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 26 avqust, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada təqribən 2,2 milyard insan hələ də təhlükəsiz idarə olunan içməli su xidmətlərindən məhrumdur, həyati əhəmiyyətli resursa daha təhlükəsiz çıxışa tələbat artdıqca, problem daha da aktuallaşır.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Stokholmda keçirilən və avqustun 28-dək davam edəcək 35-ci Ümumdünya Su Həftəsi “İqlim fəaliyyəti üçün su” mövzusu altında su və qlobal istiləşmə arasında mühüm əlaqəni vurğulayır.

Dayanıqlı inkişafın və insanların sağ qalmasının əsasını təşkil edən təhlükəsiz içməli su sosial-iqtisadi inkişaf, enerji və qida istehsalı və sağlam ekosistemlər üçün vacibdir. Etibarlı su təchizatı getdikcə istiləşən dünyada uyğunlaşma səylərinin də mərkəzində dayanır. Suya çıxışın yaxşılaşdırılması dünyanın bəzi ən ucqar icmalarında, xüsusən də dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə (LLDC) insanlar üçün yeni imkanlar yaradır.

Avqustun 26-da BMT-nin su və kanalizasiya ilə bağlı işini koordinasiya edən “UN-Water” strukturu Dayanıqlı İnkişaf Məqsədlərinə (SGD) uyğun olaraq hamı üçün su və kanalizasiyanın mövcudluğunu və davamlı idarə olunmasını təmin etmək istiqamətində əhəmiyyətli irəliləyiş nümayiş etdirmiş milli nümayəndələri bir araya gətirəcək. Bu sessiya Butan, Ruanda və Səudiyyə Ərəbistanının təhlükəsiz içməli suyun təmin edilməsi və suyun effektiv idarə edilməsində əldə etdiyi tərəqqidən dərslər çıxarmaq imkanı verəcək.

Tədbirin açılışında qeyd olunub ki, təhlükəsiz idarə olunan su, kanalizasiya və gigiyena xidmətlərinin olmaması insanların rifahına, ləyaqətinə və imkanlarına, xüsusən də qadınlara və qızlara ciddi təsir göstərir. Çirklənmiş su, qeyri-adekvat sanitariya və pis gigiyena təcrübələri hələ də dünyanın ən kasıb ölkələrində həddindən artıq yoxsulluğa son qoymaq və xəstəlik epidemiyalarına nəzarət etmək səylərini sarsıdır.

Daha bir sessiyada “UN-Water” strukturu və onun tərəfdaşları su-kanalizasiya təminatında maliyyə boşluqlarını aradan qaldırmaq üçün donorlar və digər əsas əməkdaşlarla müzakirələr aparacaqlar.

Müzakirələr problemə daha təhlükəsiz universal yanaşma üçün innovativ maliyyələşdirmə mexanizmlərini açmaq məqsədilə müxtəlif modellərə və ittifaqların qurulmasına yönəldiləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri