Icma.az
close
up
RU
ÜST HƏYƏCAN TƏBİLİ ÇALIR: HANTAVİRUS YAYILIR Karantin mərkəzi işə salındı

ÜST HƏYƏCAN TƏBİLİ ÇALIR: HANTAVİRUS YAYILIR Karantin mərkəzi işə salındı

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"MV Hondius" kruiz gəmisində yaranan hantavirus epidemiyası səbəbilə təxliyə edilən sərnişinlərdən bəzilərində xəstəlik əlamətləri müşahidə olunub. Fransaya aparılan bir sərnişinin təyyarə uçuşu zamanı simptom göstərməsi nəticəsində 5 nəfər ciddi izolasiya altına alınıb, ABŞ-a qayıdan 17 ABŞ vətəndaşı isə Nebraska ştatının Omaxa şəhərində federal karantin mərkəzində nəzarətdə saxlanılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin hantavirusun nadir və insandan insana keçə bilən forması olan Andes virusu olduğunu təsdiqləyib.

 Atlantik okeanında səfərdə olarkən "MV Hondius” gəmisində hantavirus aşkar edildikdən sonra təxliyə edilən sərnişinlərin ölkələrinə qayıdışı bir sıra dövlətlərin səhiyyə qurumlarını hərəkətə keçirib. Hadisədən sonra ABŞ, Fransa, İspaniya və Niderlandda karantin və tibbi müşahidə tədbirləri tətbiq olunub.

Rəsmilər yaxın təmas yolu ilə yoluxa bilən virus səbəbilə təxliyə olunan sərnişinlərin ciddi şəkildə izlənildiyini bildiriblər. ÜST məlumatına görə, gəmidə 3 nəfər həyatını itirib, 5 nəfərdə isə infeksiya təsdiqlənib.

ABŞ-da karantin mərkəzi işə salındıİspaniya səhiyyə rəsmiləri "MV Hondius”da olan 17 ABŞ vətəndaşının bazar günü gecə ABŞ-a yola düşdüyünü və bazar ertəsi səhər Nebraskaya çatmasının gözlənildiyini açıqlayıb. Sərnişinlərin ABŞ hökumətinin maliyyələşdirdiyi yeganə milli karantin mərkəzi olan Omaxadakı Nebraska Universiteti Tibb Mərkəzinin Milli Karantin Bölməsinə yerləşdiriləcəyi bildirilib."New York Times” (NYT) xəbərinə görə, ABŞ hökumətinə məxsus tibbi təyyarə ilə daşınan sərnişinlər Offutt Hərbi Hava Bazasına endirilib. Bildirilib ki, onlar könüllü həkim və tibb bacılarından ibarət qrup tərəfindən 24 saat müşahidə altında saxlanılacaq. Təyyarədə olan iki sərnişinin xüsusi bioloji təhlükəsizlik kapsullarında daşındığı qeyd edilib. ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi onlardan birində yüngül simptomlar müşahidə olunduğunu, digərində isə Andes virusu testinin müsbət çıxdığını açıqlayıb.CDC komandaları sərnişinlərlə görüşübABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) epidemioloq və mütəxəssislərdən ibarət qruplarının gəmi Kanar adaları yaxınlığında dayandığı zaman ABŞ vətəndaşları ilə görüşdüyü bildirilib. Mütəxəssislər yoluxma riskinin qiymətləndirilməsini həyata keçiriblər. BBC-nin məlumatına görə, Omaxadakı karantin bölməsi müstəqil hava axını sistemi olan 20 tək nəfərlik otaqdan ibarətdir. Mərkəzin ağır yoluxucu xəstəliklərə məruz qalan şəxslərin təhlükəsiz müşahidəsi üçün nəzərdə tutulduğu qeyd olunub.

Nebraska səhiyyə rəsmiləri virus testi müsbət çıxan, lakin simptom göstərməyən sərnişinin xüsusi biotəhlükəsizlik bölməsinə yerləşdiriləcəyini bildirib.

Məlumatlara görə, biotəhlükəsizlik mərkəzindən əvvəl Ebola virusu daşıyan ABŞ vətəndaşları və 2020-ci ildə COVID-19-un ilk halları zamanı istifadə olunub.

ABŞ-da təmas izlənməsi başlanıbCorciya, Kaliforniya və Arizona daxil olmaqla bir neçə ştatda səhiyyə qurumları gəmidən əvvəl ayrılaraq ölkəyə qayıdan sərnişinləri izləməyə başlayıb. Rəsmilər onların sağlamlıq vəziyyətinin nəzarətdə saxlandığını bildiriblər.CDC-nin müvəqqəti direktoru Cey Bhattacharya CNN-in "State of the Union” proqramında 24 aprel tarixində gəmidən düşən 7 ABŞ vətəndaşının kommersiya reysləri ilə ölkəyə qayıtdığını deyib. Onların səyahət zamanı simptom göstərmədiyi üçün əlavə xəbərdarlıq edilmədiyi qeyd olunub.CDC cümə günü yaydığı açıqlamada mümkün yeni halların izlənildiyini və hazırda ABŞ üçün riskin çox aşağı səviyyədə olduğunu bildirib. Yunanıstan vətəndaşına 45 günlük karantinYunanıstan dövlət televiziyası ERT-nin məlumatına görə, gəmidə olan Yunanıstan vətəndaşı C-27 tipli hərbi nəqliyyat təyyarəsi ilə Elefsina hərbi hava limanına gətirilib. Daha sonra Afina şəhərindəki Attikon xəstəxanasında karantinə alınıb. Simptom göstərmədiyi bildirilən şəxsin ehtiyat məqsədilə 45 gün müşahidədə saxlanacağı açıqlanıb. Fransada simptom göstərən sərnişin izolasiya edilibFransaya təxliyə edilən sərnişinlərdən birində uçuş zamanı simptomlar müşahidə olunduğu üçün təcili izolasiya qərarı verilib. Fransa müdafiə naziri Sebastyen Lekornu Tenerife–Paris reysində bir sərnişində əlamətlərin ortaya çıxdığını bildirib.

"Le Monde” qəzetinin məlumatına görə, həmin səbəbdən 5 nəfər dərhal ciddi izolasiya altına alınıb. Sərnişinlər Le Burje hava limanında qoruyucu geyimli tibb işçiləri tərəfindən qarşılanıb və Parisdəki Bichat xəstəxanasına aparılıb.

Fransa Xarici İşlər Nazirliyi təxliyə edilən şəxslərin ilkin olaraq 72 saatlıq karantində saxlanılacağını, daha sonra isə vəziyyətdən asılı olaraq 45 günlük ev izolasiya rejiminin tətbiq ediləcəyini açıqlayıb.

İspaniya və Niderlandda müşahidə davam edirTenerifedən Madriddəki hərbi xəstəxanaya aparılan 14 İspaniya vətəndaşı məcburi karantinə yerləşdirilib. Niderlanda qayıdan 26 nəfərlik qrup da tibbi müşahidə altına alınıb.

Səhiyyə qurumları Andes virusunun yaxın təmasla yayıla bilməsi səbəbilə bütün sərnişinlərin hərəkətlərinin və kontaktlarının detallı şəkildə araşdırıldığını bildiriblər. Karantin müddətinin tibbi vəziyyətə uyğun olaraq müəyyən ediləcəyi qeyd olunub. (Qaynarinfo)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 May 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri