ÜST HPV peyvəndi ilə bağlı Səhiyyə Nazirliyi ilə danışıqlar aparır
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
HPV peyvəndi dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən biridir. HPV peyvəndi ilə bağlı Səhiyyə Nazirliyi ilə danışıqlar aparılır və bu istiqamətdə müsbət geri dönüşlər almışıq.
APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
“Lakin hazırda bu mövzu ilə bağlı dəqiq məlumat vermək mümkün deyil. Bir neçə il ərzində bu peyvənd dövlət proqramına daxil edilə bilər”, - o qeyd edib.
Qeyd edək ki, uşaqlıq boynu xərçənginə səbəb olan insan papilloma virusuna qarşı 2006-cı ildən bəri tətbiq olunan HPV peyvəndi artıq ÜST-nin Avropa regionundakı ölkələrin mütləq əksəriyyətində profilaktik peyvəndlər təqviminə daxil edilib. Peyvənd təqviminə daxil edilmiş vaksinlər isə dövlət tərəfindən pulsuz təşkil edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 15 İyul 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















