Icma.az
close
up
RU
ÜST: İqlim böhranı fonunda sağlamlıq göstəriciləri daha da pisləşir

ÜST: İqlim böhranı fonunda sağlamlıq göstəriciləri daha da pisləşir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 iyun, AZƏRTAC

2024-cü ilin ən isti il kimi təsdiqlənməsi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ciddi xəbərdarlıq edib: iqlim fəlakəti həm də sağlamlıq böhranıdır və o, artıq insanların həyatın itirməsinə səbəb olur.

AZƏRTAC təşkilatın bəyanatına istinadla xəbər verir ki, ÜST Avropanın digər regionlardan daha sürətlə istiləşdiyini və bu qitədə iqlim böhranının insanların sağlamlığına mənfi təsirinin daha kəskin olduğunu bildirib. Belə ki, son illərdə artan ölüm nisbətlərindən tutmuş iqlimlə bağlı narahatlığın güclənməsinə qədər bütün sağlamlıq göstəriciləri pisləşib.

Bu ciddi problem fonunda ÜST-nin Avropa regional strukturu iyunun 11-də yeni təşəbbüs irəli sürüb və İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyası (PECCH) vasitəsilə iqlim dəyişikliyinin ictimai sağlamlıq üçün yaratdığı artan təhlükə ilə mübarizəyə başlayıb.

İslandiyanın sabiq Baş naziri Katrin Yakibsdötirrin sədrliyi ilə fəaliyyət göstərən komissiya regionun hər yerindən 11 aparıcı eksperti bir araya gətirir və onlara təsirli həll yolları üçün tövsiyələr təqdim edir.

ÜST bildirib ki, bəşəriyyətin təxminən yarısı artıq iqlim dəyişikliyinə çox həssas olan ərazilərdə yaşayır, eyni zamanda, dünyada istiləşmə ilə bağlı ölümlərin üçdəbiri Avropa regionunda baş verir.

2022 və 2023-cü illərin məlumatlarına əsasən, Avropa regionundakı 35 ölkədə 100 mindən çox insan istilər səbəbindən dünyasını dəyişib. Katrin Yakibsdötirr qeyd edib: “İqlim böhranı təkcə ekoloji fövqəladə hal deyil, həm də artan ictimai sağlamlıq problemidir. Biz qəbul etməliyik ki, artan temperatur, havanın çirklənməsi və insanların yaratdığı iqlim dəyişikliyi nəticəsində dəyişən ekosistemlər arasında qarşılıqlı əlaqə artıq Avropa regionunda və bütün dünyada icmaların sağlamlığına və rifahına mənfi təsir göstərir”.

Komissiyaya emissiyaları azaltmaq, sağlamlığı qoruyan uyğunlaşma strategiyalarına sərmayə qoymaq, qeyri-bərabərliyi aradan qaldırmaq və davamlılıq yaratmaq üçün tövsiyələr vermək tapşırılıb.

ÜST əlavə edib ki, iqlim böhranı ən həssas insanların sağlamlığına qeyri-mütənasib şəkildə təsir edir. Təşkilatın Avropa üzrə iqlim-sağlamlıq təşəbbüsünün baş məsləhətçisi Endryu Haynes qeyd edib ki, iqlim böhranı təhlükəli virusların yayılması ilə əlaqəli xəstəliklərin artmasına və qida təhlükəsizliyinin pisləşməsinə səbəb olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri