ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Konqo Demokratik Respublikasının İturi əyalətinin ən çox zərər çəkmiş rayonlarında Ebola virusunun yayılması yavaşlasa da, epidemiyanın başa çatmasına hələ çox var.
Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
"Biz irəliləyişin ümidverici əlamətlərini görməyə başlayırıq", - o deyib və regionda əhalinin yüksək mobilliyi nəzərə alınmaqla epidemiyanın hələ də yayıla biləcəyi barədə xəbərdarlıq edib.
ÜST-nin məlumatına görə, sentyabrın 11-nə olan vəziyyətə əsasən, Konqoda 7 mindən çox təsdiqlənmiş Ebolaya yoluxma halı qeydə alınıb, virusdan 3,5 mindən çox insan ölüb. Epidemiya artıq ölkənin yeddinci əyalətinə yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 16 Sentyabr 2026 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















