Icma.az
close
up
RU
ÜST: Uşaqların cismani cəzalandırılmasına son qoymağın vaxtıdır

ÜST: Uşaqların cismani cəzalandırılmasına son qoymağın vaxtıdır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 avqust, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatına əsasən, dünyada 18 yaşadək uşaqların yarısından çoxu hər il cismani cəzaya məruz qalmaqda davam edir. Fiziki cəza ən çox uşaqların döyülməsi hallarına aiddir, lakin bu, valideynlər, baxıcılar və ya müəllimlər tərəfindən müəyyən dərəcədə narahatlığa səbəb olan hər hansı cəzalara da şamil oluna bilər. Belə hallar evdə və ya məktəb sinfi kimi ictimai yerlərdə baş verir. Bu cür cəzanın idrak və sosial-emosional inkişafın azalması ilə yanaşı, narahatlıq və depressiya riskinin artması da daxil olmaqla geniş təsirləri var.

AZƏRTAC təşkilatın hesabatına istinadla xəbər verir ki, ÜST-nin Sağlamlıq determinantları departamentinin direktoru Etien Kruqun sözlərinə görə, cismani cəza uşaqların davranışına, inkişafına və ya rifahına heç bir fayda vermir, habelə valideynlərə və ya cəmiyyətlərə mənfi təsir göstərir.

Son onilliklər ərzində bir çox tədqiqat cismani cəzanın təsirlərini araşdırıb və onların heç biri bu anormal hərəkətin uşaqlara və ya onların davranışlarına müsbət təsir göstərdiyini aşkar etməyib. Əksinə, bir çoxları bunun fərd olaraq uşaqlara və bütövlükdə cəmiyyətlərə uzunmüddətli mənfi sağlamlıq təsirlərinin olduğunu aşkar ediblər.

Hesabata görə, 49 aşağı və orta gəlirli ölkədə aparılan bir araşdırma cismani cəzaya məruz qalan uşaqların həmyaşıdları ilə birlikdə inkişaf yolunda olma ehtimalının 24 faiz daha az olduğunu müəyyən edib. Bu cəza növü fiziki zərər verməklə yanaşı, həm də uşaqların beyin strukturunu və funksiyasını həqiqətən dəyişə bilən hormonal stres səviyyələrini artırır. Fərdi səviyyədə təsirlər isə ömürlük ola bilər.

Cəmiyyət nöqteyi-nəzərindən fiziki olaraq cəzalandırılan uşaqlar da öz övladlarına adekvat davranır və nəsillərarası zorakılıq ənənəsi yaranır. Eynilə, uşaqlıq illərində cismani cəzaya məruz qalanlar böyüdükdə zorakılıq, cinayət və aqressiv davranışlara daha çox meyil göstərirlər.

Fiziki cəza bütün dünyada və mədəniyyətlər arasında geniş yayılsa da, regional fərqlər davam edir. Hesabatda qeyd olunur ki, Avropa və Mərkəzi Asiyada uşaqların təxminən 41 faizi evlərdə fiziki cəzaya məruz qalırsa, Yaxın Şərq və Şimali Afrikada bu rəqəm 75 faizdir. Məktəblərdə fərq daha da böyükdür - Qərbi Sakit okean ölkələrində uşaqların yalnız 25 faizi məktəbdə oxuyarkən fiziki cəzaya məruz qalır, Afrika və Mərkəzi Amerikada isə bu göstərici 70 faizdən çoxdur.

Bununla belə, əlilliyi olan uşaqların fiziki cəzaya məruz qalması riski yüksəkdir. Yoxsul, iqtisadi və ya irqi ayrı-seçkiliyə məruz qalan icmalar daha çox fiziki cəza tətbiq edirlər.

Hesabatda vurğulanır ki, cismani cəzanın qadağan edilməsi vacibdir, lakin görülən tədbirlər kifayət deyil. Əslində, araşdırmalar qanuni qadağalar və fiziki cəzaların azaldılması arasında heç bir ardıcıl əlaqənin olmadığını aşkar edib. Hazırda dünyanın 67 ölkəsində həm evdə, həm də məktəbdə cismani cəzaların tətbiqinə universal qadağalar var. ÜST üzv ölkələri bu məsələdə yeni maarifləndirmə kampaniyaları aparmağa çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri