Icma.az
close
up
RU
Usta ayaqlar meydana çıxaraq Türkiyəni Amerikaya aparacaq

Usta ayaqlar meydana çıxaraq Türkiyəni Amerikaya aparacaq

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final qarşılşamaları baş tutacaq. Türkiyə millisi səfərdə Kosovo ilə görüşəcək. 

Matç ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən "CBC Sport" kanalının aparıcısı, tanınmış futbol eksperti Elçin Cəfərov bildirdi ki, Kosovo-Türkiyə matçı Türkiyə üçün 24 ildən sonra çox önəmli bir fürsət yaradır. Onun sözlərinə görə, 2002-ci il dünya çempionatında Türkiyə futbolçuları o dövr üçün son illərin ən yaxşı yığması adlandırılırdı:

"İndi də 24 ildən sonra hazırkı milli komanda son dövrlərin ən yaxşı nəsil futbolçularının cəmləşdiyi Türkiyə millisi kimi dəyərləndirilir. Təbii ki, rəqib nə Fransadır, nə İngiltərə və yaxud da İspaniya və sairədir. Rəqib Kosovadır. Yəni necə olursa olsun, öz təcrübən və keyfiyyət fərqinlə rəqibini üstələmək lazımdır. Finallara vəsiqə qazanmaq üçün bu, mütləq şəkildə tələb olunur. Kosovo millisi taktiki və texniki cəhətdən, həm də oyun düsturu baxımından çox nizam-intizamlı kollektivdir. Xüsusilə müdafiədən topu oyuna daxil etmə, kollektiv şəkildə hücuma çıxma və kollektiv şəkildə müdafiə olunma baxımından yaxşı təsir bağışlayırlar. Cinah oyunlarına üstünlük verirlər və onlar üçün ən önəmli oyunçu hücumun mərkəzində yer alan Vedat Muriqidir ki, o, Türkiyə futboluna da yaxından bələddir".

Müsahibimiz həmçinin əlavə etdi ki, Türkiyə millisi son vaxtlar çox önəmli nəticələr əldə etməsinə baxmayaraq, nəticə baxımından istəniləni vermədiyi üçün Montella normal oyunun və tempin olmamasına görə ciddi şəkildə tənqid olunur:

"Lakin o, nəticə əldə etməyi bacarıb. Avropa çempionatının final mərhələsinə vəsiqə, Millətlər Liqasından sonra daha yüksək səviyyəyə yüksəlmə kimi nəticələr buna nümunədir. Türkiyə yığması üçün ən böyük çatışmazlıq mərkəzdə klassik 9 nömrənin olmamasıdır. Bu, hücum fazasında topun daha çox irəlidə qalmasına imkan verən göstəricini azaldır. Kərəm Aktürkoğlu oynayır, Barış Alper bəzi məqamlarda çıxış edir, lakin onlar “yalançı 9 nömrə” rolundadır və klassik 9 nömrə deyillər. Buna görə Türkiyənin oyun şablonu bəzən 4-6-0, bəzən isə 4-5-1 kimi xarakterizə olunur.

Amma bir reallıq var ki, hazırkı yarımmüdafiənin mərkəzində yer alan oyunçular keyfiyyət baxımından Avropanın önəmli klublarında forma geyinirlər. Komanda üçün ən önəmli silahlar Kənan Yıldız, Arda Gülər və Hakan Çalhanoğludur. Bu oyunçu triosundan çox şey gözlənilir. Buna görə də rəqib çətin matç olsa belə, Türkiyə yığması üçün mühüm fürsət yaranır. Hər hansı üsulla, təmkinli oynamaq və təcrübəli futbolçuların fərdi keyfiyyətlərinə güvənmək hesabına bu matçdan qalib ayrılmaq vacibdir. Əlavə vaxta getmək ehtimalı və penalti seriyası da mümkündür, lakin rəqib Kosovo olduğu üçün oyunçu dəyəri nisbətən aşağıdır. Oyun planı baxımından rəqib bir qədər üstün görünə bilər, amma keyfiyyət və bəzi məqamlarda təcrübə hesabına bu fərqi aradan qaldırmaq mümkündür. Çətin olsa da, Türkiyə yığmasının final mərhələsinə vəsiqə qazanacağına inam yüksəkdir. Bu gün də usta ayaqlar meydana çıxaraq Türkiyəni Amerikaya aparacaq".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Mart 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see359

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see323

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see295

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see291

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see279

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see276

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see273

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see273

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see264

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see254

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see248

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see245

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see245

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see238

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see234

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see224

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see222

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see218

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see210

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri