ÜSTnin regional direktoru Prezidentə başsağlığı verdi
Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Kluge Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, başsağlığında deyilir:
"Dekabrın 25-də baş vermiş təyyarə qəzası nəticəsində insan tələfatı xəbəri məni dərindən kədərləndirdi. Zati-alinizə, həlak olan həmvətənlərinizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Mənim qəlbim Azərbaycan xalqının yanındadır. Qəzada yaralananların tezliklə şəfa tapmalarını diləyirəm.
Mən Sizinlə və Azərbaycan vətəndaşları ilə birgə bu kədəri bölüşürəm.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Baxış sayı:141
Bu xəbər 06 Yanvar 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















