Üstü yazılı maşınlar cərimələnəcək? VİDEO
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avtomobillərə həkk olunan yazılar qəza riskini artırır.
Belə ki, bir neçə saniyə yazıya baxmaqla sürücünün diqqəti yayına və qəza şəraiti yarana bilər. Həmçinin yazılarla yanaşı qazi və şəhidlərin şəkilləri də avtomobillərin arxa şüşəsinə vurulur.
News24.az xəbər verir ki, bu yazılar Türkiyədə qadağan olunsa da, ölkəmizdə qalmaqdadır.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, nəqliyyat vasitələrinin arxa şüşələrinə əks etdirilən bu cür faktlar avtomobillərin estetik görünüşünə xələl gətirməklə hərəkətdə olan sürücülərin marağını cəlb edir. Nəticədə, qəza şaraiti yaranır:
"Bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək, nəqliyyat vasitələrində bu cür yazı və fotolar varsa, onların çıxarılmasını xahiş edirik. Əks halda belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcək".
Ətraflı APA TV-nin süjetində:
Baxış sayı:62
Bu xəbər 11 Noyabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















