“Utanmaz utanmaz biletləri qaytarmaqla hədələyirlər”
Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Utanmaz-utanmaz biletləri qaytarmaqla hədələyirlər”
Rejissor və aparıcı Ranar Musayev rus ifaçıların “DreamFest”dən çıxarılmasına etiraz edən bəzi istifadəçilərə etiraz edib.
OLAY yazır ki, bu barədə o, instaqramda post paylaşıb. Ranar məsələ ilə bağlı bu fikirləri yazıb:
“Deməli, rus ulduzlarını “DreamFest”in proqramından kənarlaşdırdılar. Hansı mətləbə və millətə qulluq etdikləri, məlum olmayan adamlar isə etiraza qalxdılar, sanki öz millətinin taleyi onlara maraqlı deyil. Yarım il ərzində ruslar təyyarəmizi vurdular, Rusiyada həmyerlilərimizi qətlə yetirdilər gözümüzün qarşısında, bəs olmadı. Daha 20 Yanvara, Xocalıya toxunmuram, belə görünür ki, bu onlara təməldən maraqlı olmayıb. Utanmaz-utanmaz hələ biletləri qaytarmaqla hədələyirlər. Bu da onların düzgün qərara dəstəyi... Beyinlər müalicə olunmalı, ümumiyyətlə varsa... Adam şərhləri oxuyanda iyrənir. Nə qədər gərək şüursuz, prinsipsiz, iyrənc məhluq olasan. Düzdür, artistlərin bilavasitə hadisələrdə günahı yoxdur, amma hər bir ölkənin prinsipial pozisiyası olmalıdır. Rusiya ilə bağlı tədbirlərin və artistlərin Azərbaycanda olmasının qadağası, ən düzgün qərarlardan biridir. “DreamFest” isə 23-26 iyulda yenilənmiş və daha maraqlı proqramla baş tutacaq”.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 30 İyun 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















