Icma.az
close
up
RU
ÜTT: Dünyanın 10 ölkəsi qlobal kənd təsərrüfatı ixracının təxminən yarısını təşkil edir

ÜTT: Dünyanın 10 ölkəsi qlobal kənd təsərrüfatı ixracının təxminən yarısını təşkil edir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 26 may, AZƏRTAC

Dünyanın ən böyük 30 ərzaq ixracatçısı qlobal kənd təsərrüfatı ixrac bazarının 80 faizdən çoxunu təşkil edir ki, onun ümumi dəyəri 1,5 trilyon dollardır. Məlumatlar, həmçinin qlobal ərzaq tədarükünün nə qədər yüksək səviyyədə olduğunu da göstərir.

AZƏRTAC Ümumdünya Ticarət Təşkilatına (ÜTT) istinadla xəbər verir ki, hazırda nisbətən kiçik ölkələr qrupu qlobal ərzaq ticarətinin çox böyük hissəsini təmin edir. Təkcə ən böyük 10 ixracatçı qlobal kənd təsərrüfatı ixracının təxminən yarısını təşkil edir və bu da bir neçə ölkəyə qlobal ərzaq qiymətləri və təchizat zəncirlərinə böyük təsir göstərməyə imkan verir.

Şimali və Cənubi Amerika qlobal ərzaq ticarət sisteminin əsasını təşkil edir. Amerika Birləşmiş Ştatları, Braziliya, Kanada və Meksika birlikdə taxıl və ətdən tutmuş qida məhsullarına və yağlı toxumlara qədər bütün əmtəə növləri daxil olmaqla qlobal kənd təsərrüfatı ixracının təxminən 30 faizini təşkil edir.

Çin dünyanın ən böyük kənd təsərrüfatı istehsalçısı olsa da, ixrac həcminə görə ABŞ və Braziliyadan xeyli geridə qalır ki, bu da onun məhsulunun əhəmiyyətli hissəsinin daxili bazarda istehlak edildiyini göstərir.

Avstraliya mal əti, buğda və arpa ixracının əhəmiyyətli dərəcədə artması sayəsində dünyanın ən böyük ərzaq ixracatçılarından biridir və bu da onu Asiya ölkələri üçün vacib təchizatçıya çevirir.

İndoneziya dünyada ən çox istifadə edilən ərzaq maddələrindən biri olan palma yağının aparıcı ixracatçısıdır. Birlikdə götürüldükdə, bu ölkələr qlobal ərzaq ticarətinin yalnız kənd təsərrüfatı istehsalının miqyasından deyil, həm də regional ixtisaslaşmadan asılı olduğunu əyani şəkildə nümayiş etdirir.

Avropanın ən böyük ərzaq ixracatçıları miqyas baxımından deyil, ixtisaslaşma, səmərəlilik və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalı baxımından rəqabət aparırlar.

Niderland xüsusilə diqqət çəkir. Kiçik ölçülərinə baxmayaraq, bu ölkə yüksək səmərəli kənd təsərrüfatı, qabaqcıl istixana texnologiyaları və Avropa üçün əsas ticarət mərkəzi kimi rolu sayəsində ərzaq ixracında dünyada 11-ci yerdədir. Fransa və Almaniya da taxıl və süd məhsullarından tutmuş hazır qida məhsulları və içkilərə qədər müxtəlif məhsullar ixrac edərək qlobal liderlər olaraq qalırlar.

Dəniz daşımalarındakı son fasilələr və enerji daşıyıcılarının qiymətlərinin artması qlobal ərzaq təchizatı zəncirlərinə təzyiqi artırır. Kənd təsərrüfatı əhəmiyyətli dərəcədə yanacaq, gübrə və nəqliyyat şəbəkələrindən asılı olduğundan, geosiyasi qeyri-sabitlik tezliklə dünyada istehsal və nəqliyyat xərclərinin artmasına səbəb ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2026 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri