UWWnin retinq cədvəli: Əzizli və Qənizadə lider mövqeyində
Cbcsport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünya Güləş Birliyi (UWW) 2024-cü ilin yekun reytinq cədvəlini açıqlayıb.
Qurumun rəsmi saytının açıqladığı siyahıda Azərbaycanın iki güləşçisi 1-ci pilləni tutub.
Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq) və Ülvi Qənizadə (72 kq) öz çəki dərəcələrində lider mövqeyində qərarlaşıblar. Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə ikinci pillədə yer alıblar.
Sərbəst güləşçilərdən ən yaxşı nəticəyə Nürəddin Novruzov (61 kq) imza atıb. O, ikincidir.
Qadın güləşində isə ən yaxşı nəticə üçüncü sırada yer alan Alyona Kolesnikə (59 kq) məxsusdur.
Qeyd edək ki, siyahı tərtib edilərkən Olimpiya Oyunları, dünya və qitə çempionatları, eləcə də reytinq turnirlərinin nəticələri nəzərə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 29 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















