Icma.az
close
up
RU
Uydurma “hücum”un yaratdığı qorxu sindromu

Uydurma “hücum”un yaratdığı qorxu sindromu

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yaxud İrəvanın “təcavüzkar Azərbaycan” nağılının son akkordları barədə

Erməni cəmiyyətini müharibə qorxusu altında saxlamaq rəsmi İrəvanın diplomatik gedişi imiş. Yaxın tarixdən məlumdur ki, hər bir konkret şəraitdə ictimai diqqəti əsas məsələdən yayındırmaq üçün təzə “səbəblər” axtarılır. Əgər bunun üçün real zəmin yoxdursa, əvəzində uydurma səbəblər dövriyyəyə buraxılır. Bu zaman ictimai rəyi manipulyasiya etməkdən ötrü feyk-xəbərlər işə salınır. Amma heç bir halda informasiya siyasətinin mahiyyəti dəyişmir: “Bakı İrəvana “yerinə yetirilməsi mümkün olmayan şərtlər” irəli sürür, bunlar yerinə yetirilməzsə, Azərbaycan təcavüzə əl atacaq”.

Rəsmi İrəvan erməni cəmiyyətində məhz qorxu fonunda çox böyük problemlərlə üzləşə biləcəyi qənaətini formalaşdırmaq məqsədini, müəyyən mənada, reallaşdırmağı bacardı. Fəqət, qorxu ilə yaradılmış bu qənaətin uzun müddət duruş gətirəcəyi mümkün deyildi. Axı, bölgənin bütün ölkələri və xalqları kimi haylar da yaxşı başa düşürlər ki, artıq rəsmi Bakı qlobal miqyasda söz sahibinə çevrilib və proseslərdə yaxından iştirak edir. Anladılar ki, Ermənistandan fərqli olaraq, Azərbaycan regionda və dünyada cərəyan edən proseslərdə nəzərə alınan ciddi aktordur. İndi onlar beyinlərini məşğul etmiş ikinci problemlə çarpışırlar. Bu, reallığı olduğu kimi qəbul və həzm edə bilməmək sindromudur. Əslində, haylar, ən azı, son 200 ildə özlərinə düşmən hesab etdikləri Azərbaycanın böyük nüfuz və söz sahibi olacağı qorxusu ilə yaşayıblar. İndi qorxulu yuxularının çin olduğunu görmək və bununla barışmaq heç də asan deyil.

***

Qayıdaq Ermənistan hakimiyyətinin beynəlxalq dövriyyəyə buraxmağa çalışdığı “təcavüzkar Azərbaycan” mifinə. “Kollektiv Qərb”in də hərtərəfli dəstək verdiyi saxta ittihamlar nə hansısa fakt və sübutla, nə sülh danışıqlarının real dinamikası ilə, nə də müharibəyə hazırlıqdan xəbər verə biləcək rəsmi bəyanatlarla təsdiqləndi. Bunun bariz nümunəsini 2024-cü ildə təxribatçı dezinformasiyalar, siyasi bəyanatlar dalğasının Bakıda planlaşdırılan COP29 iqlim sammiti ərəfəsində geniş vüsət almasında gördük. Bir il əvvəl bəzi erməni analitiklər iddia etdilər ki, “Azərbaycan özünün danışıqlarda mövqeyini daha da gücləndirmək üçün BMT-nin sammitindən sonra ərazi məsələlərini həll etməyə çalışacaq”. Bu feyk-tezis ildırım sürətilə sosial mediada, Qərbin ermənipərəst ekspert dairələrində əks-səda doğurdu. İntəhası, son nəticədə bu iddiaların da məntiqdən və sübutdan məhrum olduğu ortaya çıxdı. COP29-un üstündən aylar keçsə də, “proqnozlaşdırılan hücum” baş vermədi.

Amma Qərbin haypərəst ideoloji maşını öz işində idi. Xaricdəki erməni lobbisinə satılmış bəzi media qurumları, siyasi şərhçilər öz qiymətləndirmələrinə yenidən baxmaq əvəzinə, sadəcə olaraq, gündəmi dəyişdilər. Misal üçün, Ermənistan parlamentinin keçmiş deputatı Tatevik Ayrapetyan bəyan etmişdi ki, “Antoni Blinken, Ursula Fon der Lyayen və baş nazir Paşinyan arasında görüş (2024-cü il aprelin 5-də Praqada keçirilib - red.) ərəfəsində Bakı Ermənistana növbəti hücuma hazırlaşır”. Bu zaman, o, Azərbaycan Müdafiə Nazirliyinin “yeni eskalasiya baş verəcəyi təqdirdə məsuliyyəti Ermənistan tərəfi və müttəfiqləri daşıyacaq” bəyanatına istinad etmişdi. Ayrapetyan şərti sərhəddə artan erməni təxribatları fonunda bunu “Bakının təcavüzkar niyyətinin” sübutu kimi göstərirdi.

2025-ci ilin yanvarında “qaçılmaz hücum” mövzusu davam etdirildi. Bu dəfə Nerses Kopalyanın müəllifi olduğu və “Azərbaycan nə üçün tezliklə Ermənistana hücum etməli olduğunu düşünür” başlıqlı analitik hesabat formasında. Amma yenə də Azərbaycanın təcavüzə hazırlaşdığını göstərən heç bir sübut göstərmədən. Bu cür nağıllar ara-sıra ictimai rəyin menyusuna salınır. İntensiv tirajlanan yeni müharibə ilə bağlı dezinformasiya istər rəsmilərdə, istər siyasi cameədə, istərsə də ictimaiyyətdə, bir növ, qorxu sindromu formalaşdırıb. Haylar uydurduqları versiyanı o qədər təkrarladılar ki, sonda özləri də “Azərbaycanın Ermənistana gözlənilən hücumuna” inanmağa başladılar.

***

Sülh danışıqlarında Bakıya siyasi təzyiq vasitəsi kimi üfürülən avantürist bəyanatların müəlliflərindən bəzilərinin Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqəli işlədiyi şübhə doğurmur. Təlimat əsasında hərəkət edənlərin məqsədləri Azərbaycana qarşı beynəlxalq təzyiqi artırmaq, Ermənistanı müdafiəyə ehtiyac duyan tərəf kimi təqdim etmək və onun “mümkün təcavüzün qurbanı” obrazını yaradaraq Qərb paytaxtlarından dəstək qazanmaq idi. Bu məqsədlərə çatmaqdan ötrü Bakının hətta ən neytral bəyanatı belə İrəvana təhdid kimi qələmə verilir və şərh olunurdu.

Erməni ictimaiyyətini kütləvi zombiləşdirməyə yönəlik bu cür dez-fəaliyyətə baş vuranlar Azərbaycanla sülh müqaviləsini bağlamaq ideyasını pozmağa, bunu təhlükəli addım kimi təqdim etməyə çalışırlar. Bu zaman arqumentasiya aşağıdakı “sadə məntiqə” əsaslanır: əgər Azərbaycan onsuz da “hücuma keçəcəksə, o zaman hər hansı sülh təşəbbüsləri erməni tərəfini zəiflədəcək”. Yəni, Azərbaycana qarşı ittihamlar müxalifətin əlində təkcə “xarici düşmənə” qarşı deyil, həm də daxili siyasi rəqibə – baş nazir Paşinyana və onun münasibətlərin nizamlanması, barışıq kursuna qarşı mübarizə alətinə çevrilirdi.

Maraqlı paradoks yaranır: Ermənistan daxilində əks mövqedə olan siyasi qüvvələr eyni taktikadan yararlanırlar: Bakını “təcavüzə” hazırlaşmaqda ittiham etmək.

Təsadüfi deyil ki, “hücum”, “qaçılmazlıq”, “tətil”, “eskalasiya”, “istefa” kimi ifadələr bir çoxlarının siyasi leksikonunda yer alır.

Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycana qarşı ittihamlar hadisələrə reaksiya çərçivəsindən çoxdan çıxıb və rəsmi İrəvan üçün siyasi texnologiyanın tərkib hissəsinə çevrilib. Bu texnologiya reallığı təhrif etmək, həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə təsir göstərmək vasitəsidir. Yəni, bu, sadəcə, ekspert fəaliyyəti ilə məhdudlaşmayıb, reallığı təhrif etməyə yönəlmiş məqsədyönlü dezinformasiya siyasətidir.

***

İllər boyu rusların “ətəyindən yapışan”, amma qəflətən əlləri üzülən, sonra da İranın böyrünə qısılan haylar həm də ümidsizlik girdabına düşməyin qorxusunu yaşayırlar. Bu qorxunun özlərinə böyük problem yaratdığını isə gec də olsa anlamağa başlayıblar. İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfərində “Burada özümü yad ölkədə hiss etmirəm. Sanki Təbrizdə, Ərdəbildəyəm. Sanki doğulub boya-başa çatdığımız və yaşadığımız Azərbaycandayam” sözləri ermənilərin gözlərini bərəldib, onları böyük qorxuya düçar edib.

Üzlərinə dirənən reallıqları görmək məcburiyyətində qalan haylar bundan əməlli-başlı bədbinliyə qapılıblar. Erməni cəmiyyətini qorxuya salan məqamlardan biri də son vaxtlar Azərbaycanın ABŞ kimi fövqəldövlətlə münasibətlərinin getdikcə daha da yaxşılaşmasıdır. Yəqin haylar yaxın zamanda ABŞ Prezidentinin də Azərbaycan barədə eynilə Məsud Pezeşkian kimi fikirlər səsləndirəcəyindən qorxurlar.

Rəsmi İrəvanın güzəştə getməkdən savayı yolu yoxdur. Ermənistanın ağıllı başları yaxşı başa düşürlər ki, çıxılmaz vəziyyətdədirlər. Onlar içlərinə transplantasiya edilmiş qorxu sindromundan xilas olmalı, həqiqəti yalandan ayırmağı bacarmalıdırlar. Yalnız bundan sonra irəliləyişdən danışmaq olar...

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyun 2025 01:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see434

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see397

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see389

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see364

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see350

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see345

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see267

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see266

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see264

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see202

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri