Icma.az
close
up
RU
Üz dərisinin gündəlik təmizlənməsi

Üz dərisinin gündəlik təmizlənməsi

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Təxminən 17-18 yaşlarından etibarən dəriyə müntəzəm və düzgün şəkildə qulluq etmək lazımdır. Bu dərinin gözəlliyini və cavanlığını uzun müddət ərzində qorumağa imkan verir.

Dəriyə qulluq edilməsi dərinin təmizlənməsindən başlayır.

Mənzillərimizdə gündəlik istifadə etdiyimiz su üzün dərisi üçün o qədər də xeyirli deyil. Onun tərkibində olan xlor və mineral duzlar dərinin qurumasına səbəb olur. Ən başlıcası isə odur ki, bu maddələr dəridəki tər və piy vəzilərinin ifraz etdiyi maddələrlə kimyəvi reaksiyaya girərək onların axarlarının bağlanmasına səbəb olur. Üzünüzü yalnız içməli (butulkalarda satılan) və mineral (qazsız) sularla yumağa çalışın (əlacsız qaldıqda – qaynanmış sudan istifadə edin). Üzünüzü sərin su ilə (otaq temperaturundan artıq olmayan) yumaq daha yaxşı hesab olunur. Yalnız yağlı dərisi olan insanlar istisna təşkil edirlər. Belə dərisi olanlar üzlərini əvvəlcə ilıq su ilə yumalı, daha sonra isə nisbətən sərin su ilə yaxalamalıdırlar.

Sabunla yumağa gəldikdə isə, kosmetoloqların ümumi rəyinə əsasən, dərinin tipindən asılı olmayaraq, üz dərisinin sabunla yuyulması, ümumiyyətlə, məsləhət görülmür. Sabun əvəzinə xüsusi gel və xüsusi köpüklənən vasitələrdən (“penka”) istifadə etmək daha məqsədəuyğun hesab edilir. Mütəxəssislər tərəfindən hər dəri tipi üçün xüsusi gel və köpüklənən vasitələr hazırlanmışdır. Hər bir şəxs yalnız öz dəri tipinə uyğun olan vasitələrdən istifadə etməlidir! Üzün dərisini gün ərzində 1 dəfədən artıq olmayaraq - səhərlər su ilə yumaq məsləhət görülür (yağlı dəri istisna olmaqla – bu dərini gundə 2 dəfə su ilə yumaq olar).

Hər səhər dərinin gündəlik təmizlənməsindən sonra onu soyuducunun buz qabında hazırlanmış, kub şəklində olan buz parçası ilə ehtiyatla sürtmək olar. Bu, dəri hüceyrələrində mübadilə prosesini gücləndirərək qırışların hamarlanmasına, üz dərisinin gözəl rəng almasına, yanaqların təbii olaraq qızarmasına səbəb olur. Bu zaman adi buz parçasından savayı, müxtəlif ot dəmləmələrinin dondurulması ilə hazırlanan buz parçalarından da (kosmetik buz) istifadə etmək olar. Çobanyastığı, nanə (yarpız), üçbarmaq (pişikdili), boymadərən (qanotu), adaçayı, cökə ağacının çiçəyi, qızıl gül ləçəklərindən və ya bu bitkilərin müxtəlif cür qarışıqlarından hazırlanmış dəmləmələr daha yaxşı effekt verir. Bir və ya bir neçə bitki qarışığından ibarət olmaqla, bir xörək qaşığı ot götürərək onu termosda 1 stəkan qaynar su əlavə edib dəmləyin. Bu dəmləməni 30 dəqiqə saxladıqdan sonra soyudun, süzün və soyuducunun buz hazırlanan qabına tökün. Dəmləmə üçün ya qaynadılmış sudan, ya butulkalarda satılan içməli sudan, ya da qazsız mineral sudan istifadə etmək lazımdır. Dərinin həddindən artıq soyumaması üçün üzün ”buzla yuyulması” 2-3 dəqiqədən artıq olmamalıdır. Buz parçasını üzün dərisinə yalnız masaj xətləri üzrə (bax. şəklə) və ehtiyatla surtmək lazımdır. Üzün ”buzla yuyulmasından” yağlı və problemli, çox quru və həssas dərilərdə istifadə etmək olmaz!

Dərinin axşam təmizlənməsi və kosmetikadan azad edilməsi üçün adi sudan yox, kosmetik “süddən” istifadə edilməsi daha məqsədəuyğun hesab edilir. Təmizləyici maddəni 2 dəqiqə ərzində üz, boyun və sinə nahiyələrinə barmaqların ucu ilə yüngülcə masaj hərəkətləri etməklə sürtmək lazımdır. Sonra təmizləyici maddəni dəridən xaric etmək üçün ilıq suda isladılmış xüsusi süngər (“sponj”), birdəfəlik pambıq disklərindən və ya ilıq kompreslərdən istifadə edirlər. Lazım olan hallarda təmizləyici maddəni dəriyə təkrarən 2-ci dəfə də sürtmək olar.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 19 Oktyabr 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri