Icma.az
close
up
RU
Uzak şehir”in azərbaycanlı aktrisası Bir yalanla həyatı dəyişən Sinem Ünsal kimdir? VİDEO

Uzak şehir”in azərbaycanlı aktrisası Bir yalanla həyatı dəyişən Sinem Ünsal kimdir? VİDEO

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uzak şehir”in azərbaycanlı aktrisası – Bir yalanla həyatı dəyişən Sinem Ünsal kimdir?

Ölkə.Az Sinem Ünsal haqqında maraqlı faktları təqdim edir.

21 iyun 1993-cü ildə Türkiyənin İzmir şəhərinin Foça mahalında doğulub.
Atası əslən azərbaycanlı, anası isə çərkəzdir. O, müsahibələrinin birində özünü “qafqaz qızı” adlandırıb.
Orta məktəbi İzmirdə oxuyub. Eskişehirdə Osmanqazi universitetinin xarici dildə müqayisəli ədəbiyyat fakültəsindən məzun olub. Daha sonra fərdi müəllimdən aktyorluq dərsləri alıb.

O, hələ kiçik yaşlarından aktyor olmaq istəsə də, təhsil almaqla bağlı ona istiqamət verən olmadığınan ədəbiyyatı üzrə oxuyub. Məqsədi teatr üzrə ixtisaslaşmaq olsa da, karyerasına serialla başlayıb. Aktrisalıq dərsləri almaq üçün pul da lazım idi. O, elə məzun olduğu həftə İstanbula yola düşüb. İş tapa bilməyən Ünsal nəşriyyatlardan birinə zəng edərək yalan danışır və işə dəvət aldığını, onlardan cavab gözlədiyini deyir. Daha sonra müsahibəyə dəvət alır və işə qəbul olur. Burada çalışmağa başlayandan 1-2 ay sonra isə seriala dəvət alıb.
İlk dəfə 2017-ci ildə keçmiş adı ilə Foks televiziyasında yayımlanan  “Çoban yıldızı” serialına çəkilib.
Onun ilk baş rolu “mucize doktor” serialında nazlı Gülengül obrazı olub.

2017-2022-ci illərdə həmçinin  “Siyah beyaz aşk”, “Kızım”,  “Elbet bir gün”, “Gizli saklı” “Senden önce” adlı seriallarda, eləcə də reklam filmlərində və teatr tamaşalarında da rol alıb.
Çəkildiyi “Elbet bir gün” serialı 6-cı, “Senden önce” serialı isə cəmi 3-cü seriyada yayımdan qaldırılıb. Reytinqləri aşağı olduğundan hər iki layihənin çəkilişləri dayandırılıb. 
2024-cü ildə isə reytinqli Uzak şehir” serialında Alya obrazını canlandırır. Aktrisanın ekran işindəki tərəf müqabili Ozan Akbaba da əslən azərbaycanlıdır.
“Uzak şehir” son 15 ildə ən çox reytinq qazanan türk serialıdır. Bəzi mənbələrdə yer alan məlumatlara görə aktrisa hər seriyadan 600 min lirə yəni təxminən 27 min manat qazanır. 
2019-cu ildə teatr mükafatlarında İlin ən yaxşı gənc aktrisası mükafatına layiq görülüb.

O, 2020-ci ildə Türkiyə Gənclik mükafatlarında “Ən yaxşı qadın aktrisa”, “Mucize doktor” serialındakı roluna görə tərəf müqabili Taner Ölməzlə  “ən yaxşı serial cütlüyü” mükafatlarına layiq görülüb.

Aktrisa Subay olsa da, türkiyəli aktyorar Kıvanç Kılınç, “gizli saklı” serialında tərəf müqabili olmuş aktyor Halit Özgür Sarıilə eşq yaşayıb. Hazırda isə həmkarı Berk Cankatla sevgi münasibətləri olduğu deyilir.

S.Ünsal ailəsi haqqında məlumatları gizli saxlayır. Onun valideynləri və s. haqqında detallı informasiya olmasa da, özündən yaşca böyük Gizem adlı bacısı olduğu məlumdur.
S.Ünsala çox bənzəyən Gizem Ünsal da aktrisadır. O isə “Yarım kalan aşklar”, “Fazilet hanım və kızları” kimi seriallarda rol alıb.

Billurə Yunus

Daha ətraflı videoda:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Aprel 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri