Icma.az
close
up
RU
Uzanan növbələr, bahalı müalicə Avropanın görünməyən səhiyyə problemi

Uzanan növbələr, bahalı müalicə Avropanın görünməyən səhiyyə problemi

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqında aparılan son araşdırmaya görə, 16 yaşdan yuxarı hər 25 nəfərdən biri tibbi xidmətə olan ehtiyacının qarşılanmadığını bildirib. Bu isə təxminən əhalinin 4 faizinə bərabərdir. Lakin göstəricilər ölkələr arasında ciddi fərqlənir. Məsələn, Kiprdə bu nisbət cəmi 0,2 faiz olduğu halda, Estoniyada 15,5 faizə qədər yüksəlir.


Sherg.az "Euronews"a istinadən xəbər verir ki, “qarşılanmayan tibbi ehtiyaclar” anlayışı həm şəxsi, həm də sistemlə bağlı səbəbləri əhatə edir. Şəxsi səbəblərə vaxt çatışmazlığı, həkimə getmək istəməmək və ya mütəxəssis tapmamaq daxildir. Sistemlə bağlı səbəblər isə uzun növbələr, tibbi xidmətlərin baha olması və xəstəxanaların uzaq məsafədə yerləşməsi kimi amillərlə bağlıdır.

Ümumilikdə, Avropa İttifaqında uzun növbələr 1,2 faiz, tibbi xidmətlərin bahalığı 1 faiz, uzaqlıq problemi isə 0,1 faiz səviyyəsindədir. Lakin bəzi ölkələrdə bu göstəricilər çox daha yüksəkdir. Məsələn, Estoniya, Yunanıstan və Albaniyada əhalinin 10 faizindən çoxu sistemlə bağlı səbəblər üzündən lazımi müalicəni ala bilmədiyini deyib.

Aparılan araşdırma həmçinin göstərir ki, gəlir səviyyəsi də tibbi xidmətlərə çıxışda mühüm rol oynayır. Aşağı gəlirli vətəndaşlar arasında tibbi ehtiyacların qarşılanmaması göstəricisi 3,8 faiz olduğu halda, yüksək gəlirli təbəqədə bu rəqəm cəmi 1,2 faizdir.

Maraqlıdır ki, rifah səviyyəsi yüksək olan ölkələrdə - Danimarka, Finlandiya və Norveçdə də bu problem müəyyən dərəcədə mövcuddur. Mütəxəssislər hesab edirlər ki, bu hal təkcə maliyyə amilləri ilə deyil, səhiyyə sisteminin təşkilati strukturu, infrastruktur və idarəetmə mexanizmlərindəki çatışmazlıqlarla da bağlıdır.

Araşdırmanın yekun nəticəsi göstərir ki, Avropa ölkələrinin əksəriyyətində tibbi xidmətlərə bərabər çıxış hələ də tam təmin olunmayıb və sosial-iqtisadi fərqlər bu sahədə mühüm rol oynamaqda davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Oktyabr 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri