Icma.az
close
up
RU
“Uzanıb qalmaq” həyatı gəncləri uzunmüddətli perspektivdə daha bədbəxt edir ARAŞDIRMA

“Uzanıb qalmaq” həyatı gəncləri uzunmüddətli perspektivdə daha bədbəxt edir ARAŞDIRMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çinli psixoloqlar müəyyən ediblər ki, “uzanıb qalmaq” həyat tərzini dəstəkləyən gənclər orta hesabla həyatlarından daha az məmnun olurlar. Üstəlik, məhz bu yanaşma zaman keçdikcə həyat məmnunluğunun azalacağını proqnozlaşdırır, əksinə deyil.

Redaktor.az xəbər verir ki, tədqiqat "Behavioral Sciences" jurnalında dərc olunub.

Tang ping fenomeni Çində sərt rəqabətə, karyera yarışına və maddi ambisiyalara passiv etiraz forması kimi yaranıb. Bu mövqeni seçən insanlar minimum ehtiyaclarla kifayətlənməyə, vəzifə artımı, mənzil və ya status uğrunda hər nəyin bahasına olursa-olsun mübarizədən imtina etməyə üstünlük verirlər. İfadə sözbəsöz “arxası üstə uzanmaq, heç nə etməmək və heç nəyə reaksiya verməmək” mənasını verir.

Hərəkat artıq iş yükü, mənzil qiymətlərinin yüksəkliyi, iqtisadi bərabərsizlik və “996” iş rejiminə (səhər 9-dan axşam 9-a qədər, həftədə altı gün işləmək) reaksiya kimi formalaşıb. Tang ping tərəfdarları emosional tükənmə və həddindən artıq səylərin gözəçarpan nəticə verməməsindən danışırlar.

Huanhua Lu və həmkarları “uzanıb qalmaq” yanaşmasının subyektiv rifahla necə əlaqəli olduğunu araşdırıblar. Birinci tədqiqatda Pekindən 960 tələbə (orta yaş təxminən 20) iştirak edib. Onların bir qismi nüfuzlu universitetdə, digər qismi isə adi kollecdə təhsil alırdı. İştirakçılar tang ping meylini və həyat məmnunluğunu ölçən sorğuları doldurublar.

Nəticələr göstərib ki, bu həyat tərzinə daha güclü dəstək həyat məmnunluğunun daha aşağı olması ilə əlaqəlidir – cins, yaş və sosial-iqtisadi status nəzərə alındıqdan sonra belə. Orta hesabla qadınlar və daha az nüfuzlu ali məktəbdə oxuyan tələbələr bu yanaşmanı daha çox dəstəkləyiblər.

İkinci tədqiqatda 109 tələbə eyni testləri bir ay fasilə ilə iki dəfə keçib. Təhlil göstərib ki, ilkin mərhələdə tang ping-i dəstəkləmək bir ay sonra həyat məmnunluğunun azalmasını proqnozlaşdırır. Əksinə, başlanğıcda həyat məmnunluğunun aşağı olması sonradan “uzanıb qalmaq” meylinin artmasına səbəb olmayıb.

Müəlliflər belə nəticəyə gəliblər ki, ambisiyalardan imtina qısamüddətli perspektivdə təzyiqi azaltmaq mexanizmi kimi çıxış edə bilər. Lakin uzunmüddətli dövrdə bu yanaşma psixoloji funksionallığın zəifləməsi ilə əlaqələndirilir.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Fevral 2026 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri