Icma.az
close
up
RU
Uzaq planetlərdə ekzotik silikat buludların ilk fotoşəkilləri təqdim edilib

Uzaq planetlərdə ekzotik silikat buludların ilk fotoşəkilləri təqdim edilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 11 iyun, AZƏRTAC

NASA-nın “James Webb” kosmik teleskopu Yerdən 305 işıq ili uzaqlıqda, Sentavr bürcündə yerləşən YSES-1 ulduz sistemində iki uzaq ekzoplanetin atmosferinin ilk ətraflı fotoşəkillərini çəkib. Bu görüntülər alimlərə ilk dəfə olaraq bu qaz nəhənglərindən birinin atmosferində ekzotik silikat buludları görməyə kömək edib. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu kəşf barədə İrlandiyanın Triniti Kollecinin mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunub: “YSES-1 ulduz sistemi maraqlıdır, çünki hazırkı planet nəzəriyyələri onun dünyalarının niyə bir-birindən qeyri-adi böyük məsafə ilə ayrıldığını izah edə bilmir. YSES-1c atmosferində silikat buludlarının, eləcə də qonşusu YSES-1b ətrafındakı orbitdə isti toz klasterlərinin kəşfi bu sistemi daha da maraqlı edir”.

Astronomlar bu kəşfi “James Webb” orbital teleskopundan istifadə edərək, yaxınlarda yaranmış ulduzların ətrafında dövr edən ekzoplanetlərin axtarışı və tədqiqinə yönəlmiş xüsusi YSES müşahidə proqramının bir hissəsi kimi ediblər. Bu cür ulduz sistemləri planetlərin əmələ gəlməsi prosesini tədqiq edən nəzəri planetoloqların xüsusi marağına səbəb olur ki, onun bir çox mərhələsi uzun onilliklər ərzində alimlər arasında böyük mübahisələrə səbəb olur. Belə ki, onlar həmin mübahisələri həll etmək üçün bu yaxınlarda təxminən 14-16 milyon il əvvəl Sentavr bürcündə böyük qaz və toz buludlarından birində əmələ gələn və Günəşə bənzəyən YSES-1 ulduzunu müşahidə etməyə başladılar ki, bu da astronomik baxımdan bir anlıq hadisədir. Bu ulduzun ətrafında eyni vaxtda iki ekzoplanet fırlanır, ulduzdan 160 və 320 astronomik vahid (Yer və Günəş arasındakı orta məsafələr) məsafədə yerləşir və böyük miqdarda infraqırmızı şüalanma yayır.

Silikat buludların spektr strukturunun təhlilindən göründüyü kimi, onlar piroksen mineralının mikroskopik hissəciklərindən və ya silikatlar və maqnezium ortosilikatlarının qarışığından ibarətdir. YSES-1c atmosferində bu hissəciklərin kəşfi planetoloqlara onun qeyri-adi quruluşunu və digər xüsusiyyətlərini izah etməyə qadir olan bu ulduz sisteminin formalaşması üçün mümkün ssenarilərin siyahısını əhəmiyyətli dərəcədə daraltmağa imkan verir.

Kəşf müəlliflərinin fikrincə, YSES-1 sisteminin sonrakı müşahidələri bu nəzəriyyələri sınaqdan keçirməyə kömək edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri