Icma.az
close
up
RU
Uzaq Şərqdə gərginlik azalır: Ölkələr sülh masasına oturdu

Uzaq Şərqdə gərginlik azalır: Ölkələr sülh masasına oturdu

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Kamboca və Tailand arasında sərhəd boyunca beş gündür davam edən və onlarca insanın ölümünə səbəb olan silahlı toqquşmalardan sonra tərəflər sülh danışıqlarına başlayıb. Danışıqlar Malayziyanın Putracaya şəhərində keçirilir. Prosesi ABŞ və Çin də dəstəkləyir.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, iclas Malayziya Baş naziri Ənvər İbrahimin iqamətgahında baş tutub.

İbrahim hazırda ASEAN regional təşkilatının sədri kimi danışıqlara vasitəçilik edir. Görüşlərdə ABŞ və Çinin Malayziyadakı səfirləri də iştirak edib.


Tərəflər qarşıdurmanın məsuliyyətini bir-birinin üzərinə atır. 817 kilometrlik sərhəddə artilleriya atəşləri ilə müşayiət olunan döyüşlər nəticəsində onlarca əsgər və dinc sakin həyatını itirib.


Kamboca Baş naziri Hun Manet danışıqların ABŞ və Malayziyanın təşəbbüsü ilə başladığını, Çinin də bu prosesə qoşulduğunu açıqlayıb. O bildirib ki, əsas məqsəd ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə dərhal qüvvəyə minəcək bir atəşkəs razılaşmasına nail olmaqdır.


Tramp isə bəyan edib ki, münaqişənin davam etdiyi təqdirdə hər iki ölkə ilə planlaşdırılan ticarət razılaşmaları baş tutmayacaq. Onun bu xəbərdarlığından sonra tərəflərin uzlaşmaya daha meyilli olduqları qeyd olunur.


Tailand tərəfi isə ehtiyatlı yanaşır. Baş nazir müavini Phumtam Veçayacay Kambocanın səmimiyyətinə şübhə ilə yanaşdıqlarını bildirib: “Kambocaya güvənmirik. İndiyə qədərki davranışları problemin həllinə yönəlməyib”, – deyə o bildirib.


Tailand Kambocanı beynəlxalq hüququ pozmaqda ittiham edir, lakin mülki əhalinin təhlükəsizliyi üçün atəşkəsin vacibliyini vurğulayır. Kamboca isə bu iddiaları rədd edərək, Tailandı mülki əhalini təhlükəyə atmaqda günahlandırır və beynəlxalq ictimaiyyəti bu davranışı qınamağa çağırır.


Qeyd edək ki, gərginlik may ayının sonunda Kamboca əsgərinin həlak olması ilə nəticələnən insidentdən sonra artmağa başlamışdı. Hazırda tərəflər arasında danışıqlar davam edir.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 İyul 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri