Üzərimizə düşən məsuliyyəti dərk etməliyik”
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 20-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə stendini ziyarət edib.
Modern.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında COP29-un dünya miqyasında böyük hadisə olduğunu söyləyib, Azərbaycanın bu tədbirə çox uğurla ev sahibliyi etdiyini deyib.
Abdulkadir Uraloğlu COP29-da müzakirə olunan məsələlərin vacibliyini vurğulayaraq deyib: “Belə tədbirlər müəyyən mənada dönüş və ya başlanğıc nöqtələridir. Bu, dünyada məlumatlılığı artırmaq üçün yaxşı fürsətdir. Fikrimcə, qarşıya qoyduğumuz məqsədlərə çatacağıq”.
COP29-a böyük maraq olduğunu qeyd edən A.Uraloğlu deyib: “Türkiyə olaraq, bu, bizi sevindirir. Lakin hər birimiz ətraf mühiti qorumaq üçün üzərimizə düşən məsuliyyəti dərk etməliyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 20 Noyabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















