Icma.az
close
up
RU
Üzərinə meteorit düşən ilk və yeganə insan: Ann Hodgesin maraqlı hekayəsi

Üzərinə meteorit düşən ilk və yeganə insan: Ann Hodgesin maraqlı hekayəsi

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Meteoritin atmosferdən keçib Yerə düşməsi olduqca nadir hadisədir. Bəs, bu meteoritin insanın üzərinə düşmə ehtimalı nə qədərdir? 1954-cü ildə Alabamada yaşayan Ann Hodgesin başına gələnlər bu ehtimalı reallaşdırıb.

"Meteoritdən yaralanan ilk insan" kimi tarixə düşən Ann Hodges, hekayəsinin şanslı və ya uğursuz olması hələ də müzakirə mövzusudur. 

Sfera.az bu dəfə sizə üzərinə meteorit düşən ilk və yeganə insan haqqında yazı təqdim edir. 

Həmin gün göydən daş düşüb və Annın həyatını əbədi olaraq dəyişdirib.

Tarix 30 noyabr 1954-cü il idi. Saat 12:46-da ABŞ-ın Alabama ştatının Sylacauga şəhərinin sakinləri səmada qeyri-adi hadisə ilə qarşılaşıblar. Həmin gün bir meteor səmanı parlaq alov topu şəklində parçalayıb və böyük sürətlə yerə doğru fırlanıb.

Atmosferə girdikdən sonra güclü partlayışla ən azı üç hissəyə parçalanıb.

Bu parçalardan biri, ağılasığmaz şəkildə Ann Hodgesın evinə yol tapıb. Həmin vaxt 34 yaşlı Ann evdə, divanında rahat yatırdı. Hər şey bir anda baş verdi: damdan gələn səs-küy, ətrafa uçan toz və yüksək səsli bir qəza…

Meteor parçası Annın evinin damını deşib.

Meteor parçası əvvəlcə otaqdakı radioya dəyib, sonra sürətini azaltmadan Annın yuxarı sol ayağına və əlinə dəyib. Yazıq qadın birdən-birə böyük ağrı içində yuxusundan ayılıb. Əvvəlcə nə baş verdiyini anlaya bilməyib, çünki otağın hər yeri toz və tüstü ilə dolub.

Ən inanılmazı o idi ki, Ann toqquşmadan sağ çıxmışdı. 

Onun ayağına dəyən zərbənin təsirindən böyük bir qançır izi qalsa da, bu, təkcə fiziki iz buraxmadı. Evdə olan Annın anası əvvəlcə bacanın çökdüyünü düşünüb. Ancaq ətrafdakı qarışıqlığın səbəbini anlayanda gözlərinə inanmayıblar: Yerdə yatan daş kosmosdan gəlmişdi!

Nə edəcəyini bilməyən Ann və anası dərhal polisə və yanğınsöndürmə xidmətinə zəng vurub.

Şəhər sakinləri hadisədən xəbər tutandan sonra Annın evinin qarşısına toplaşmağa başlayıblar. Hamı bu sirli daşın nə olduğunu anlamağa çalışırdı. Annın həyat yoldaşı Eugene (Yevgeni) Hodges, axşam saat 6 radələrində işdən evə gələndə həyatının şokunu yaşayıb.

Əri onun başına gələnləri izah edəndə, Ann sadəcə olaraq, “bir az həyəcanlandıq” deməsi Yevgeni daha da təəccübləndirib.

Az sonra hadisə yerinə ABŞ Hərbi Hava Qüvvələrinin rəsmiləri gəlib.

Onlara görə bu daş araşdırılmalı olan bir obyekt idi. Çünki kosmosdan gələn belə obyektlərin böyük hərbi və elmi əhəmiyyəti var idi. Səlahiyyətlilər heç bir icazə almadan daşı aparıblar.

Ann və əri Yevgeni daşın onlara aid olduğunu düşünərək şoka düşüblər.

Ancaq qanun və mülkiyyət hüquqları söz mövzusu olanda iş daha da mürəkkəbləşib.

Hərbi Hava Qüvvələri meteorun həqiqiliyini təsdiqləyib və onun xondrit meteorit olduğunu müəyyən edib. Amma əsl məsələ daşın kimə məxsus olması ilə bağlı idi.

Meteorun düşməsi Annın həyatında təkcə fiziki deyil, həm də psixoloji iz qoyub.

Onun həyat yoldaşı Yevgeni hadisədən sonra Ann getdikcə özünə qapandığını, sosial narahatlığının və səhhətində problemlərin artdığını bildirib. Zaman keçdikcə Annın psixoloji vəziyyəti pisləşib. 1972-ci ildə böyrək çatışmazlığından dünyasını dəyişib. Üzərinə düşən meteorit bu gün Smithsonian Milli Təbiət Tarixi Muzeyində nümayiş etdirilir.

Bu hadisə ilə Ann meteoritdən yaralanan ilk və yeganə insan kimi tarixə düşüb. Şans idi, yoxsa bədbəxtlik? Bu, qeyd etdiyimiz kimi hələ də müzakirə və mübahisə mövzusudur.

Xanım

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Mart 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri