Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin yubileyi Vyanadakı abidəsi önündə qeyd edilib

Üzeyir Hacıbəylinin yubileyi Vyanadakı abidəsi önündə qeyd edilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vyana, 18 sentyabr, AZƏRTAC

18 Sentyabr - Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyi və bu ölkədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bəstəkarın Vyanada ucaldılmış abidəsi önündə musiqili-bədii proqram təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Vyanadakı Dunay Parkında yerləşən abidənin qarşısında keçirilən xatirə tədbirində Avstriyanın dövlət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında Ü.Hacıbəylinin Azərbaycan milli musiqi mədəniyyətindəki transformativ rolundan, eləcə də çoxşaxəli ictimai fəaliyyətindən bəhs edib. Səfir tədbirdə BMT Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) icraçı direktoru Qada Valinin iştirakını yüksək qiymətləndirib. Qeyd olunub ki, xanım Valinin təkcə siyasi görüş və konfranslarda deyil, eləcə də mədəniyyətimiz üçün önəmli günlərdən birində iştirak etməsi qürurvericidir.

Çıxışında Qada Vali tədbirə olduqca böyük maraqla qatıldığını, çox sevdiyi “Leyli və Məcnun” dastan-rəvayəti əsasında yazılan müsəlman Şərqinin ilk operası “Leyli və Məcnun” əsərini qeyd edib.

Daha sonra Vyana Şəhər Parlamentinin və Bələdiyyə Şurasının üzvü Aslıhan Bozatemur Vyana şəhərinin meri və qubernatoru Mixael Ludviq adından çıxış edib. A. Bozatemur abidənin klassik musiqinin beşiyi sayılan Vyana şəhərinin ən gözəl məkanlarından birində ucaldılmasından və bunun olduqca simvolik məna kəsb etdiyindən bəhs edib.

Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü ilə 2006-cı ildə ucaldılan abidənin açılışında çıxış edən uşaqlardan ibarət “Qarabağ bülbülləri” xoru xüsusi qeyd olunub.

Azərbaycanın Avstriyadakı Mədəniyyət Mərkəzinin direktor müavini Elgün Niftəli çıxışında Azərbaycan musiqisində və mədəniyyətində bir çox ilk nailiyyətlərin - ilk musiqi dərsliyi, ilk musiqili tamaşa, ilk opera, ilk operetta və ilk konservatoriyanın yaradılmasının məhz Üzeyir Hacıbəylinin adıyla bağlı olduğunu qeyd edib. O, bu il həm də bəstəkarın yaxın dostu və qohumu, Azərbaycanın ilk peşəkar dirijoru və bəstəkarı Müslüm Maqomayevin 140 illiyi qeyd olunduğunu vurğulayıb. Qeyd olunub ki, Ü. Hacıbəylinin yubiley ili çərçivəsində “Arşın mal alan”ın alman dilinə tərcümə olunmuş “Samt und Seide” (“Məxmər və İpək”) adı altında yeni quruluşda təqdim olunacaq və tamaşalar 30 və 31 oktyabr, həmçinin 2 noyabr tarixlərində “Akzent” teatrında baş tutacaqdır.

Çıxışlardan sonra tədbirin musiqili hissəsində Fərid Feyzullayev (violin) və Rodrigo Sámano (violonçel) Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Handel və Halvorsen kimi bəstəkarların əsərlərini ifa ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri