Icma.az
close
up
RU
Üzeyir Hacıbəyovun riyaziyyat kitabı yazdığını bilirdinizmi? TARİX

Üzeyir Hacıbəyovun riyaziyyat kitabı yazdığını bilirdinizmi? TARİX

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın görkəmli bəstəkarı, dirijoru və musiqişünası Üzeyir bəy Hacıbəyovun riyaziyyat kitabı yazdığını bilirdinizmi?

Bəri başdan deyək ki, bu fakt mətbuatda və ensiklopedik mənbələrdə işıqlandırılıb.

Biz, yazımızda diqqəti əsasən onun "nəşr il"inin bəzən yanlış göstərilməsinə, eləcə də bu kitabın Azərbaycan dilində "ilk riyaziyyat dərsliyi" hesab edilməsinin nə dərəcədə doğru olmasına dair münasibətimizi bildirməyə yönəltmişik.

Üzeyir Hacıbəyov, "Aritmetik məsələlər toplusu” adlı “Tatar (yəni o dövrün terminologiyası ilə Azərbaycan - Y.X.) ibtidai məktəbləri üçün” Azərbaycan­dilli riyaziyyat dərsliyi (ərəb əlifbası ilə) yazıb və kitab 1908-ci ildə Bakıda Nikolayevskaya küçəsində yerləşən "Orucov qardaşlarının mətbəəsi"ndə nəşr olunub.

Lakin təəssuf ki, mətbuat yazılarında bəzən kitabın çap tarixi səhvən "1907-ci il" kimi göstərilir.

Kitabın titul səhifəsində onun qiymətinin altmış (60) qəpik olduğu qeyd olunub.

O, üç hissədən ibarət olan həmin dərsliyinin müqəddiməsində belə yazırdı: 

"Mənim qəsdim şagirdlərimizi məsələ həllində müzakirə və mübahisəyə adət etdirməkdir. Çünki çox vaxt müsəlman şagirdləri hesab məsələlərini "nə üçün" və "çünki"siz həll edib, dəlil və sübutlar gətirməyə aciz olurlar”.

Əslində dahi şəxsiyyətin ərəb əlifbasında olan kitabının adı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının biblioqrafik icmalında iki formada qeyd olunur: 

1. Hacıbəyov Üzeyir. Əsərləri: Hesab məsələləri.
2. Hacıbəyov Üzeyir. Hesab məsələləri: İbtidai məktəblərin birinci və ikinci şöbələri şagirdlərindən ötrü lüzumlu 6 dərs kitabı

“Tərcüman” qəzetinin 28 dekabr 1908-ci il tarixli nömrəsində kitab barədə belə yazılmışdır:

“Hesab məsələləri müəllim Üzeyir Hacıbəylinin əsəridir, gözəl üsul ilə tərtib edilmişdir… Azərbaycan-türk şivəsində olduğundan məhəlli məktəblər üçün faydalı və lazımdır.” 

Bəzi mənbələrdə bu kitabın “Azərbaycan dilində ilk riyaziyyat dərsliyi” olduğu qeyd olunsa da, təəssüf ki, bunu dəqiq şəkildə təsdiqləyən akademik bir araşdırmaya rast gəlmədik. Lakin kitabın Azərbaycan türkcəsində yazılmış ən erkən riyaziyyat dərsliklərindən biri olmasını rahatlıqla deyə bilərik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Avqust 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri