“Üzgüçülük hamı üçün” yarışına start verilib FOTO
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı çərçivəsində “Üzgüçülük hamı üçün” yarışına start verilib.
İdman.Biz xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Çıxışlardan sonra yarışlar start götürüb. Ölkə üzrə dördüncü dəfə keçirilən tədbirdə ümumilikdə 1551 iştirakçı mübarizə aparır. Yarışçılar 9-10, 11-12, 13-14, 15-16, 17-19, 20-24, 25-29, 30-34, 35-39, 40-44, 45-49, 50-54, 55-59 yaş və 60 yaşdan yuxarı kateqoriyalara bölünüblər.
Yarışlar ümumilikdə Bakı şəhəri və regionlarda yerləşən 37 üzgüçülük hovuzunda keçirilir.
Qeyd edək ki, hər yaş kateqoriyası üzrə (kişilər və qadınlar) ilk iki yeri qazanan idmançılar 2026-cı ildə türk dövlətləri arasında təşkil olunacaq “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsində iştirak hüququ qazanacaqlar. Yarışlar dekabrın 21-də yekunlaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 20 Dekabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















