Uzun illər müharibə və böhran şəraitində yaşamış Azərbaycan, humanitar problemləri həll etməkdə təcrübəlidir
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ölkəmizin yerləşdiyi coğrafiyanın şimalında və cənubunda müharibələr tarixinin iki ən böyük müharibəsi baş verməkdədir, ancaq buna baxmayaraq, Azərbaycan bu qədər mürəkkəb regionda, sabitliyin və təhlükəsizliyin ünvanıdır.
Hikmət Babaoğlu
“Azərbaycanın həyata keçirdiyi uzaqgörən, dərin strateji xarici siyasət və daxili siyasət kursuna bağlıdır. Ona görə də hazırda İran ərazisinə evakuasiya edilməli olan bir çox ölkələrin vətəndaşları öz təhlükəsizliklərini məhz Azərbaycan vasitəsilə təmin edir, Azərbaycan üzərindən öz ölkələrinə qayıdırlar və Azərbaycan bunun üçün hər cür rahat şərait yaradır. Amma eyni zamanda biz bilirik ki, İran-İsrail müharibəsi daha geniş coğrafiyada daha böyük müharibəyə çevrilməkdədir. Ona görə də, biz Körfəz dövlətlərində, o cümlədən birbaşa müharibəyə cəlb edilmiş ölkələrdə olan Azərbaycan vətəndaşlarının da təhlükəsiz olaraq ölkəmizə qayıtması üçün böyük tədbirlər həyata keçirilir. Bu da onu göstərir ki, Azərbaycan hər şeydən öncə öz vətəndaşlarının yanındadır, onların təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni edir. Məsələn; Səudiyyə Ərəbistanın Ciddə şəhərindən Qətərdən və digər Körfəz ölkələrindən Azərbaycan vətəndaşlarının gətirilməsi və üçüncü ölkə vətəndaşlarının da məhz Azərbaycan üzərindən təxliyə edilməsi uğurla həyata keçirilir”-deyə deputat qeyd edib.
“Azərbaycanın böhranı idarə etmək üçün kifayət qədər zəngin təcrübəsi var. Nəticə etibarilə, Azərbaycan uzun illər müharibə və böhran şəraitində yaşamışıq. Azərbaycana qarşı edilən hücumlar, Azərbaycanın müxtəlif bölgələrində humanitar böhranlara səbəb olub. Böhranlı vəziyyətlərdə humanitar problemləri həll etmək üçün Azərbaycanın zəngin təcrübəsi var. Məhz bu təcrübəyə əsasən. Azərbaycan xüsusi mexanizmlər vasitəsilə hərəkət edərək, bu təcrübəni vətəndaşlarımızın və üçüncü ölkə vətəndaşlarının təhlükəsizliyi üçün tətbiq edir”-deyə Hikmət Babaoğlu bildirib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 06 Mart 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















