Icma.az
close
up
RU
Üzün tanınmasında beynin hansı bölgələri aktivləşir?

Üzün tanınmasında beynin hansı bölgələri aktivləşir?

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsan beyninin üzləri tanımaq və mənalandırmaq üçün xüsusi bir mexanizmə sahib olması uzun müddətdir tədqiqatçıların maraq dairəsindədir. Massaçusets Texnologiya İnstitutunun (MIT) neyroalimləri, xüsusilə Nensi Kanvişer bu sahədə mühüm kəşflərə imza atıb.

News24.az azertag.az-a istinadla xəbər verir ki, 1995-ci ildə Kanvişer funksional maqnit rezonans görüntüləmə (fMRI) texnologiyasından istifadə edərək beynin üzləri (sifətləri) tanımaqda hansı bölgələrinin aktivləşdiyini araşdırıb. Skan nəticələri beynin sağ yarımkürəsində, alt hissədə yerləşən spesifik bir sahədə üzlərə cavab olaraq qan axınının artdığını göstərib. Bu tapıntı insanların üzləri xüsusi şəkildə emal edən bir beyin dövrəsinə sahib olduğunu təsdiqləyən ilk elmi sübutlardan biri olub. Üzlərin tanınması təkcə insanlara məxsus deyil, eyni zamanda, primatlarla da ortaq bir xüsusiyyətdir.

2000-ci illərin əvvəllərində Kanvişerin laboratoriyasına qoşulan Rokfeller Universitetindən Vinrix Freivald və onun həmkarı Doris Tsao bu mexanizmi daha dərindən araşdırmağa qərar veriblər. Meymunlar üzərində aparılan tədqiqatlar zamanı onlar fMRI texnologiyasından istifadə edərək beynin üzləri emal edən sahəsini müəyyən ediblər. Növbəti mərhələdə isə bu sahəyə elektrodlar yerləşdirərək neyronların fəaliyyətini birbaşa müşahidə ediblər. Məlum olub ki, burada yerləşən neyronların hamısı üzlərə reaksiya verən xüsusi hüceyrələrdir. D.Tsao və onun tədqiqat qrupu daha sonra bu neyronların spesifik funksiyalarını tədqiq edərək onların fərqli üz xüsusiyyətlərinə necə reaksiya verdiyini aşkarlayıblar. Onlar müəyyənləşdiriblər ki, cəmi 200 neyronun fəaliyyəti əsasında bir meymununun hansı üzü gördüyünü proqnozlaşdırmaq mümkündür. Bu, beynin üzləri kodlaşdırma prinsiplərini anlamaq baxımından mühüm bir irəliləyiş olub. V.Freivald və onun komandası daha sonra üz tanıma prosesində iştirak edən digər beyin bölgələrini də araşdırıblar. Onların araşdırmaları göstərib ki, tanış olan üzlərə reaksiya verən beyin bölgələri daha güclü aktivlik nümayiş etdirir. Bu tapıntılar sosial qarşılıqlı əlaqələrin beyində necə emal edildiyini və insan şüurunun formalaşmasında bu mexanizmlərin rolunu anlamağa kömək edir. Bu tədqiqatlar insan beyninin üzləri tanımaq üçün yüksək dərəcədə ixtisaslaşmış bir sistemə malik olduğunu göstərməklə yanaşı, süni intellekt və neyroloji xəstəliklərin diaqnostikası kimi sahələrdə də yeni perspektivlər açır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Fevral 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri