Icma.az
close
up
RU
Uzun və sağlam ömür üçün ideal səhər rejimi

Uzun və sağlam ömür üçün ideal səhər rejimi

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

TikTok-da gördüyünüz o "qalx və hər şeyi fəth et" tipli yorucu videoları unudun. Uzunömürlülük üzrə mütəxəssislər sağlamlığınızı maksimuma çatdıracaq, real və davamlı səhər vərdişlərini açıqlayırlar. Söhbət sadəcə "6 həftədə qarın əzələsi"ndən deyil, ömrü uzadan elmi yanaşmalardan gedir.

Milli.Az xəbər verir ki, Şeffild Universitetinin professoru Elizabet Qoyder bildirir ki, hər kəs üçün keçərli olan tək bir "sehrli saat" yoxdur. Əsas məsələ ardıcıllıqdır.

Əksər insanlar üçün 6-9 saatlıq yuxu kifayətdir.

Klinik psixoloq Daniela Marketti qeyd edir ki, hər gün (hətta gecə pis yatsanız belə) eyni vaxtda yuxudan durmaq bədəninizin bioloji saatını tənzimləyən ən vacib amildir.

Uzunömürlülük üçün əzələ kütləsi kritik əhəmiyyət kəsb edir. Biogerontologiya (qocalma biologiyası) professoru Riçard Faraqer xəbərdarlıq edir:

60 yaşda əzələ qurmaq üçün gənclikdəkindən iki qat daha çox protein yemək lazımdır ki, bu da çox çətindir. Buna görə də əzələ kütləsini gənc yaşlardan artırmağa başlayın.

Ağır qaldırmaq (powerlifting) və kardionu (qaçış) balanslaşdırın. Əzələ yığmaq və yağ yandırmaq fərqli fazalardır; əvvəlcə birinə, sonra digərinə fokuslanın.

Mütəxəssislərin rəyi getdikcə tək bir nöqtədə birləşir: İlk yeməyi bir qədər gecikdirmək.

Səhər tezdən ağır karbohidrat qəbulu insulini sürətlə artırır və gün ərzində enerji dalğalanmalarına səbəb olur.

Proteinlə zəngin bir səhər yeməyi ideal olar. Bir qədər qatıq və bir ovuc meyvə kifayətdir.

Uzun ömür üçün 5 qızıl qayda:
Professor Faraqer hər kəsə bu beşliyi unutmamağı tapşırır:

Siqaret çəkməyin.

Alkoqolu minimuma endirin.

Çəkinizə nəzarət edin.

Daimi idman edin.

Gündə ən azı 5 porsiya meyvə-tərəvəz istehlak edin.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Mart 2026 04:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri