Icma.az
close
up
RU
Uzunmüddətli gəlir üçün ən doğru seçim hansıdır qızıl, yoxsa torpaq?

Uzunmüddətli gəlir üçün ən doğru seçim hansıdır qızıl, yoxsa torpaq?

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Maliyyə dünyasında fərqli yatırım vasitələri arasında qızıl və torpaq sahələri uzunmüddətli və nisbətən etibarlı yatırım seçimləri olaraq tanınır. Hər iki yatırım növü özünəməxsus üstünlüklərə və risklərə malikdir. Gələcəyə yatırım etmək üçün bəzi şəxslər qızıla, bəziləri isə torpaq - ev almağa üstünlük verirlər. Qızıl tarix boyunca sərvət qoruma vasitəsi kimi istifadə olunub. Torpaq sahələri isə uzun müddətli və stabil yatırım hesab olunur.

Bəs hansına yatırım edək?

Mövzu ilə bağlı Trend-ə açıqlamasında İqtisadçı ekspert Xalid Kərimli deyib ki, qızılın qiymətləri qlobal bazarlarda formalaşır, torpağın qiyməti isə əsasən ölkədaxili iqtisadi və sosial amillərlə bağlıdır:

"Qızılın qiymətinin artmasının əsas səbəblərindən biri dünyada qeyri-müəyyənliyin artmasıdır. Hazırda dünya əvvəlki idarəetmə modellərindən uzaqlaşır, müəyyən bir böhran vəziyyəti yaşanır. Ölkələr bir-birini qəbul etmir, yeni qaydalar tələb olunur, müharibələr baş verir, sanksiyalar tətbiq olunur, ticarət normaları dəyişir, iqtisadi gərginliklər artır və sair. Bütün bu amillər qızılın qiymətinə artırıcı təsir göstərir".

Digər tərəfdən, mərkəzi bankların tətbiq etdiyi ucuz pul siyasətləri də buraya təsir edir".

X.Kərimli vurğulayıb ki, dolların faiz dərəcəsinin aşağı salınması və inflyasiyanın azalması bəzi hallarda qızılın qiymətini bahalaşdırır:

Məsələn, ABŞ-da "shutdown" (hökumətin fəaliyyətinin dayandırılması) baş verərsə, bu da qızılın qiymətini artıran faktorlardan biri olur.

Ekspert qeyd edib ki, torpağın qiyməti isə birbaşa ölkə ilə, yəni yerli iqtisadi inkişafla əlaqəlidir. Gələcəkdə ölkədə iqtisadi inkişafın necə olacağı bu qiymətlərə təsir edir:

"Torpaq resursları məhduddur. Ancaq məsələn, Manhettendə bir sot torpaqla Somalidə bir sot torpağın qiyməti eyni deyil. Bu da göstərir ki, qiymət təkcə məhdudiyyətlə yox, yerləşmə yeri ilə də ciddi şəkildə bağlıdır.

Torpağın hansı ölkədə, hansı ərazidə yerləşməsi, həmin ölkənin iqtisadi potensialı, tikinti imkanları, əhalinin sıxlığı, alıcılıq qabiliyyəti, siyasi sabitlik və sair kimi çoxsaylı faktorlar torpağın dəyərinə təsir edir.

Ekspertin fikrincə, torpağın nisyə alınması, satılması və gəlir gözləntiləri ilə bağlı da yüzlərlə, hətta minlərlə faktor mövcuddur. Uzunmüddətli perspektivdə torpaq daha sərfəlidir. Amma bu il alıb gələn il satmaq - burada risklər var. Qazana da bilərsiniz, gözlədiyiniz gəliri əldə etməyə də bilərsiniz.

Həm qızıla, həm də torpağa tarixən qiymətlərini itirməyən xüsusiyyətlərinə görə, eyni cür münasibətlə yanaşılıb. Torpağın qiyməti azalmır, qızılın da qiyməti yalnız artan templə davam edir.

Bu fikirləri Trend-ə açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.

"Makro-iqtisadi göstəricilərə görə bəzi dövrlərdə, məsələn pandemiya zamanında qızılın qiymətində müəyyən qədər enmələr müşahidə olunub. Amma daşınmaz əmlakın bir xüsusiyyəti var ki, insan yaşadıqca, çoxaldıqca bazarda bununla bağlı milyonlarla yeni tələb meydana gəlir. Daşınmaz əmlak təkcə passiv gəlir mənbəyi olmaqla məhdudlaşmır, eyni zamanda torpağın üzərində tikinti işləri aparılarsa, həmin obyektlər icarəyə verilib, gəlir də əldə edilə bilər".

V.Oruc qeyd edib ki, 2025-ci ilədək qızılın qiymətində artım 50% civarında olub. Buna baxmayaraq, daşınmaz əmlaka investisiya yatırmaq istiqamətindəki fəaliyyət çox aktuallaşıb:

Bu, gələcək narahatlıqları ifadə edən bir amildir. Bu gün qızıl və torpaq alıb bahalaşmasının gözləmək xaraktercə eyni addımdır. Bunlar passiv gəlir əldə etmək metodudur. Qeyd edim ki, daşınmaz əmlak, məsələn torpaq əldə edib onun üzərində tikililər inşa edərək icarəyə vermək daha məqsədəuyğundur. Həmçinin vərəsəlik hüququyla bir nəsildən digərinə ötürülür. İnsanların təbii artımı belə toprağın bahalaşmasına səbəb olan detaldır.

Ekspert tropağın yerləşdiyi əraziyə uyğun olaraq qiymətinin 50%-dək arta biləcəyini də xüsusi vurğulayıb.

"Torpağın qiyməti "Bakı şəhərinin Baş Planı 2040" sənədinə uyğun olaraq baş verə biləcək dəyişikliklərin istər nəqliyyat əlçatanlığı baxımından, istər infrastrukturdakı yeniliklər baxımından əraziyə təsirini hesablamaqla 10-25%, hətta 50%-dək arta bilir. Forsmajor halları çıxmaq şərtilə dünyada baş verən artım tendensiyasını həm qızılda, həm də daşınmaz əmlakda görəcəyik. Bakıda torpaq bazarı son bir ildə davamlı qiymət yüksəlişi göstərib, xüsusilə mərkəzi və prestijli rayonlarda daha intensiv artım baş verib",-ekspert əlavə edib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri