Icma.az
close
up
RU
Üzüntüsünü gizlətdi, gerçək daha ağır imiş… Keyt Middleton ölümlə üz üzəymiş

Üzüntüsünü gizlətdi, gerçək daha ağır imiş… Keyt Middleton ölümlə üz üzəymiş

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

İllərdir geniş xalq sevgisi ilə əhatə olunan və güldükcə izləyicilərini də sevindirən Keyt Middleton bir Hollivud ulduzu qədər məşhurlaşmışdı. Atdığı hər addım izlənilən, milyonlarla insan tərəfindən heyranlıqla izlənən şahzadə, əslində öz içində ağır bir mübarizə aparırmış.

Qaynarinfo xəbər verir ki, modern dövrün nağıl qəhrəmanı hesab edilən və bir gün Böyük Britaniya kraliçası olacağı gözlənilən Uels şahzadəsi Keyt Middletonun xərçəngə tutulması xəbəri bu səbəbdən cəmiyyətə böyük təsir göstərmişdi. Hətta kral ailəsinə müsbət yanaşmayanlar belə bu xəbərlə sarsılmışdı.


Qaytardığı gülümsəmə gerçəkləri gizlədə bilmədi

Xəstəliyini bildirdikdən sonra bir müddət səhnədən çəkilən Keyt Middleton son aylarda yenidən bəzi vəzifələrinə qayıtdı. Lakin onun vəziyyəti ilə bağlı son iddialar yenidən narahatlıqları artırdı.

Son anda iştirak etmədiyi bir tədbir artıq onu gözləyənlərin ürəyinə şübhə salmışdı. Məlum oldu ki, Keyt bəzi günlər xəstəliyin təsirlərindən dolayı evdən belə çıxa bilmir.

Saray mənbələrinin son açıqlamalarına görə, Keyt Middletonun xərçəng diaqnozu və aldığı kimyaterapiya müalicəsi əvvəl düşünüləndən çox daha ağır keçib və şahzadə əslində ölümlə üz-üzə qalıb.

Keytə xərçəng diaqnozu qarın boşluğundan keçirilən bir əməliyyatdan sonra qoyulmuşdu. Lakin xəstəliyin konkret növü və mərhələsi ilə bağlı heç bir rəsmi açıqlama verilməmişdi. Bu da sarayın son məlumatlarını təsdiqləyən bir detal kimi görünür.

Gözlənilmədən ortalıqdan çəkilməsi, ardından yayılan saysız şayiə və konspirasiya nəzəriyyələri Keyti məcbur etmişdi ki, video açıqlama ilə diaqnozunu özü elan etsin.


"Sağalma ehtimalı belə şans sayılır"

Adını açıqlamayan bir kral eksperti Keytin vəziyyətinin ciddiliyini belə ifadə edib: "Anladığım qədəri ilə, onun indi sağalmasından danışmaq belə böyük bir şansdır. Tam bərpası illər ala bilər".

Həssas bədəni səbəbindən fəaliyyət yükünü azaltmaq məcburiyyətində qalan Keytin bu yay Uimbldon turnirində görünməsi böyük ehtimalla gözlənilir. Ardınca isə iyul ayının əvvəlində Vindzor qalasında keçiriləcək Fransa dövlət səfərində yalnız simvolik olaraq iştirak edəcəyi, tədbirin qısa tutulacağı bildirilir.

Bu rəsmi tədbirlərdən sonra şahzadənin uşaqları ilə birlikdə yay tətilinin böyük hissəsini Norfolkdakı Sandrinqem malikanəsində keçirəcəyi ehtimal olunur.


Xəbərdarlıq kimi qəbul etdi, həyatını yenidən planladı

Kral ailəsinə yaxın çevrələr Keytin son anda imtina etdiyi tədbiri bir "xəbərdarlıq" kimi qəbul etdiyini və bu səbəblə həyat prioritetlərini yenidən planlaşdırdığını bildirirlər.

"Keyt ilin qalan hissəsində çox daha sakit həyat sürəcək. Yaxın 3 ayda onu 3 dəfədən artıq görsəniz, təəccüblənin", deyə kral müxbirləri bildirib. 

Onların sözlərinə görə, həftədə 3 dəfə tədbirə qatılması Keyt üçün ciddi bir səhv idi.

Yeni plana əsasən Keyt Middleton ayda maksimum 3 tədbirdə iştirak edəcək, bunların arasından da yalnız ən vacib gördüyü tədbirləri seçəcək.


Gülən üzü arxasında dərin yorğunluq gizlədirdi

Xalq qarşısında həmişə güldüyü halda, Keyt Middletonun əslində ictimaiyyətə açıq tədbirlərdən və ona yönələn diqqət və tənqidlərdən çox təsirləndiyi və bu səbəbdən psixoloji olaraq daha da yükləndiyi qeyd olunur.

Üstəlik əvvəlcə kral III Çarlzın, daha sonra özünün xərçəng diaqnozu alması, şahzadə Harri ilə ailə arasında yaşanan gərginliklər və həyat yoldaşı şahzadə Uilyamla bağlı yayılan şayiələr – bütün bu faktorlar emosional olaraq həssas təbiətli Keyti daha da sarsıdıb.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 İyun 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri