Üzüüstə yatmağın ZƏRƏRİ
Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.
Üzüüstə yatmaq Altsheymer xəstəliyinin inkişafına təkan verə bilər. Bu barədə "Sputnik.ru" radiosuna nevroloq-somnoloq Yelena Tsareva danışıb.
O bildirib ki, üzüüstə yatmaq qan dövranının pozulmasına səbəb olur.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimin sözlərinə görə, bütün nöqteyi-nəzərdən üzüüstə yatmaq arzuolunmazdır: "Eyni zamanda, onurğa sütunu fizioloji vəziyyətdə deyil: bəzi əzələlər çox uzanır, həm də boyunda ağrılara səbəb ola bilər. Bundan əlavə, üzüüstə yatarkən gün ərzində yığılan zərərli metabolik məhsulların xaric olunması dayanır. Əgər onlar uzun müddət bədəndə qalsalar, bu, Altsheymer xəstəliyinin inkişafına səbəb ola bilər".
Həkim qeyd edib ki, ən faydalı və fizioloji vəziyyət yan tərəfə yatmaqdır. Bu, metabolizmin sürətlənməsinə yol açacaq:
"Sol tərəf üçün yeganə problem odur ki, ürək-ağciyər çatışmazlığı olan insanlar üçün çətin olacaq. Belə olan halda bu nahiyəyə daha çox yük düşəcək".
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 16 Noyabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















