Icma.az
close
up
RU
Vaan Kostanyan: “Ermənistan razılaşmadıqca, sülh sazişi imzalanmayacaq”

Vaan Kostanyan: “Ermənistan razılaşmadıqca, sülh sazişi imzalanmayacaq”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Ermənistan tərəfi artıq tam razılaşdırılmış sülh sazişini imzalamağa hazır olduğunu bir daha təsdiqləyir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

O vurğulayıb ki, sənədin imzalanmasının ləngiməsi məsələsinə gəldikdə, saziş nə qədər tez imzalansa, o qədər tez region ölkələrinin və xalqlarının rifahı naminə regional əməkdaşlığa və məsələlərin həllinə fokuslanmaq mümkündür. Kostanyan qeyd edib ki, Azərbaycan iki ilkin şərt irəli sürüb və Ermənistan tərəfi həmin şərtlərlə razılaşmadıqca, sülh sazişi imzalanmayacaq. O, konkret iki ilkin şərtdən danışaraq deyib: 

“Az öncə Baş nazir Paşinyan bir daha bəyan etdi ki, ATƏT-in Minsk qrupunun mexanizmləri ilə bağlı Ermənistan tərəfi sülh sazişinin imzalanması ilə paralel olaraq həmin mexanizmlərin buraxılması təklifi ilə ATƏT-in fəaliyyətdə olan sədrinə rəsmi məktub göndərməyə hazırdır. Ermənistan Respublikası Konstitusiyası məsələsinə gəlincə isə, bu barədə də ölkəmizin mövqeyi təqdim olunub. 

Belə ki, Ermənistan Konstitusiya Məhkəməsi ötən il delimitasiya komissiyalarının fəaliyyət qaydalarına dair verdiyi qərarda Ermənistan Konstitusiyası ilə Almatı Bəyannaməsi arasında heç bir konstitusion maneə və ya ziddiyyətin olmadığını bəyan edib. 

Üstəlik, sülh sazişi sənədində aydın təminatlar yer alır və bu, həm Ermənistan tərəfinin Azərbaycan Konstitusiyası ilə bağlı narahatlıqlarını, həm də Azərbaycanın Ermənistan Konstitusiyasına dair narahatlıq ifadə etdiyi bəyanatlarını, əslində, aradan qaldırır”.

Səbinə
“Cebheinfo.az”

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri