Vadim Abdullayev: Araz Naxçıvanın mənə yeni müqavilə təklif edəcəyini gözləyirdim
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanlı futbolçu Vadim Abdullayev "Araz-Naxçıvan"la yollarını ayırmasına münasibət bildirib.
Bu barədə yarımmüdafiəçi Bakıvaxtı.az-a açıqlama verib.
O, Naxçıvan təmsilçisində qalmaq istədiyini söyləyib:
“Klub tərəfindən belə qərar verildi. Düşündüm ki, ayrılmağım bəlkə də daha yaxşıdır. Açığı mənə, yeni müqavilə təklif edəcəklərini gözləyirdim. Ancaq sonda belə alındı. Əsas olan odur ki, komanda bu il tarix yazdı. Ən böyük əməyi, əziyyəti olan insanlardan biri də mən idim. Ən pis vaxtlarında komandada olmuşam. Təbii ki, xoş olmadı, futboldur, həyatın bir hissəsidir”.
30 yaşlı futbolçu hələ ki, başqa klublardan təklif almadığını da bildirib:
“İlk dəfə bu il milliyə dəvət aldım. Elə şeylər var ki, bizdən asılı deyil. Məşqçilərlə aramızda heç bir narazılıq olmayıb. Baş məşqçi Elmar Baxşıyevlə də halallaşdıq. Təbii ki, yeni təkliflər gözləyirəm. Amma hələ ki, başqa klublardan dəvət gəlməyib”.
Qeyd edək ki, V.Abdullayevin “Araz-Naxçıvan”la başa çatan müqaviləsi yenilənməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 04 İyun 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















