Icma.az
close
up
RU
Vahabzadənin Şirin Mirzəyevə hədiyyəsi...

Vahabzadənin Şirin Mirzəyevə hədiyyəsi...

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Ən təcrübəsiz günlərimin ən uğursuz təcrübəsindən başlayacağam. 1993-cü ildir. Yurdumuz kənd-kənd, rayon-rayon işğal olunur, küçə-küçə, ev-ev talanır, viran qoyulur, oda qalanır...

Ağdamdayam. Səngərdə. Gözümdə durbin var – Xalq şairi Bəxtiyar Vahabzadənin alay komandiri Şirin Mirzəyevə hədiyyəsi...

Düşmən əlinə keçmiş kəndimizə dörd gözlə baxıram. Hər tərəfi ovuc içi kimi görünür. Elə bil canavar sürüsü arxaca təpilib. Tanış mənzərədir... Gözlərim alışıb daha. Ürəyim də laldır, ruhum da. Yalnız ölülər belə sakit ola bilirlər...

- Ora bax, ora, kəndin ayağındakı evə!!!

Eyni anda sükutun içindən sıyrılan bir əl durbinin həssas linzaları önündə qos-qoca palıd gövdəsi kimi düz gözlərimin içinə dartınır və məni necə diksindirirsə, tərs-tərs səsin sahibinə doğru çevrilirəm: “Sən hardan çıxdın?!”

- Ora bax, ora! Kəndin ayağındakı evə!! Görürsən, tüstülənir!!! Bilirdim, yandıracaqlar!..

- Bilirdinsə, gərək elə özün yandıraydın...

- Ay oğul, mən onu kirpiyimlə köz götürə-götürə, dırnaqlarımla yer eşə-eşə tikmişəm. Alnımın təri hələ qurumayıb. Öz əlimlə tikdiyim evi öz əlimlə necə yandırım?!

Kişi özündə deyildi. Çəkdiyi əzabı tanıtmaq üçün tanınmaz hala düşmüşdü. İçində atəş vardı. Evi orada yanırdı, özü burada... Üzünün kədərli ifadəsi asta-asta əriyən qırışlarına qoşulub eniş aşağı süzülürdü – torpağa sarı...

Daha mənə öz evini yox, ovcunda tutduğu bir topa açarı göstərirdi. Gözünün qabağında alışıb-yanan yurd-yuvasına – külə dönən ümidlərinə doğru baxmağa nə cəsarəti qalmışdı, nə də taqəti...

Ancaq o öz kədəri ilə bizim hamımızdan güclü idi. Ətrafın inadkar sükutu nimdaş geyimli adi bir kənd adamının iradəsi önündə boynubükük dayanmışdı. Zamanın boz-bulanıq sonsuzluğu içində həyatı xatırladan, nəfəs alan, çırpınan da bircə o idi. Bircə o məğlub olmamışdı. Bircə o döyüşürdü! Təkbaşına döyüşə-döyüşə başımızın üstündəki səmaya, ayağımızın altındakı torpağa yenidən məna gətirirdi...

Əllərini düz gözlərimə dirəmişdi. Əlləri susuzluqdan cadar-cadar olmuş bir ovuc torpaq idi elə bil. Barmaqları saçaqlı ağac köklərinə bənzəyirdi, ruhuma doğru dartındıqca dilim ağzımda qaxaca dönürdü. Qəfildən yağış yağmağa başladı. Ancaq damcılar torpağa düşmürdü – havadan asılı qalmışdı...

...Nə səngər səssizliyi sevər, nə də səngərdəkilər. Sükut səngəri məzara çevirir, səngərdəkiləri torpağa gömür. Amma həmin gün sirrini anlamadığım ilahi bir möcüzənin obyektivi önündə, deyəsən, təkcə mən yox, hamımız donmuşduq...

İndinin özündə də o günü şəkil kimi xatırlayıram. Və hər dəfə ona baxanda Səsin hıçqırtısını eşidirəm, Sözün göz yaşlarını görürəm...

***

Onu ələ salanların arasında olmadığıma görə özümü qəhrəman saymıram. Axı müharibənin içindən necə dinc-dinc addımladığını öz gözlərimlə görmüşdüm: ətrafımızda partlayan mərmilərin yanından dimdik ötürdü. Hələ bir dəfə uşaq kimi üstünə qışqırmışdım da. İndi utana-utana xatırlayıram, amma o vaxt imkanım olsaydı, alnının ortasına bir yumruq da ilişdirərdim: “Oyun çıxarma, Əfi! Başını aşağı əy! Başını aşağı əysən, yerə uzanmış kimi olacaqsan!..”

Allah Əfrasiyaba boy verməmişdi. Cəsarət vermişdi. Əfrasiyabın boyu cəsarətinin topuğundan idi...

Amma yenə də ətrafımdakıların ironiya və sarkazm dolu təhdidlərinə münasibətimdə heç vaxt öhdəsindən gələ bilmədiyim qəribə bir natamamlıq vardı: gördüklərimi tərəddüdlərimin müşayiəti ilə izləyirdim. Düşüncələrimdə döyüş meydanına şəhid olmaq arzusu ilə atılan və ölməkdən ötrü dəridən-qabıqdan çıxan çılğın bir gənc. Tərəddüdsüz! Yepyekə cəsarətin bapbalaca sahibinə axı necə kömək edə bilərdim? Görəsən, heç onun özü mənim köməyimə ehtiyac duyurdumu?..

Döyüşlər başlayanda Əfrasiyab Ələsgərov Bərdədəki fotoatelyesini qıfıllayıb Qarabağa yollanmışdı – cəbhəyə, səngərdəki əsgərlərin yanına.

Ömrü boyu adamların şəklini çəkmişdi...

İndi də müharibənin şəklini çəkirdi...

Əfrasiyabı “Azərbaycan Ordusu” qəzetinə də elə müharibə gətirmişdi. Amma əvvəlcə Xocalıya, sonra Laçına, sonra Qubadlıya, sonra Zəngilana, sonra Cəbrayıla, sonra Füzuliyə, sonra...

Sonra Əfrasiyab da redaksiyamıza özüylə birgə işğal olunmuş rayonlarımızda qaldığı evlərin, yaratdığı laboratoriyaların açarlarını gətirmişdi. Həmişə üstündə gəzdirdiyi, göz bəbəyi kimi qoruduğu açarları...

Redaksiyanın qapısından içəri girən kimi ikinci qatda gələn adamın Əfrasiyab olduğunu hamımız bilirdik. Zınqırov səsindən. Və kimsə mütləq ona ilişiridi: “Əfi, o yekə açar haranınkıdı?” Əfrasiyab hər gün təkrarlanan zəhlətökən suallarıın içindəki kinayəni, görəsən, başa düşürdümü? Haradan bilim. Axı Allah ona dil-ağız da verməmişdi. Danışmaqla arası yox idi. Əfrasiyab danışmırdı ki! Əfrasiyabın açarları danışırdı. Və heç vaxt özünü o yerə qoymurdu. Suala iç dünyasından gələn ciddi bir münasibətlə – tələsmədən, aram-aram cavab verirdi: “Bunu soruşursan? Qubadlıdakı laboratoriyamın açarıdı dana! Dünən deməmişdimmi...” Vəssalam. Daha növbəti suala ehtiyac qalmırdı. Əfrasiyab digər açarların da ünvanını bizə səbirlə-təmkinlə tanıtdırırdı...

O anlarda bir insan ömrünün kül altında qalmış köz kimi közərən, amma sönmək bilməyən əzablarını görmək üçün Əfrasiyabın gözlərinə baxmaq bəs eləyirdi. Mən cəmi bircə dəfə baxmışdım. İkinci dəfə baxmağa cəsarətim çatmamışdı. Əfrasiyabın gözləri o anlarda bir cüt məşəl alovu kimi alışıb yanırdı. Sonradan bizim özümüzün də yana-yana baxdığımız səhnələri – viran qoyulmuş yurd yerlərimizi, didərgin düşmüş, qətlə yetirilmiş, əsir və girov götürülmüş insanlarımızı da mən hələ ilk dəfə onda, Əfrasiyabın gözlərindəki atəşin içində görmüşdüm. Görmüşdüm ki, düşmənin ölülərimizə də rəhmi gəlmir. Qızıl hərisliyinə yoluxan goreşənlər qəbirlərimizin də altını üstünə çevirmişdilər. Əsir və girovların əli ilə. Öz əlimizlə! Sonra da məzarüstü abidələrimizi, sinə daşlarını maşınlara yüklətdirib qapılarımıza daşımışdılar, həyətlərimizin divarlarına hördürmüşdülər, evlərimizin pilləkənlərinə düzdürmüşdülər...

Gördüyüm və yaşadığım faciələrin içində çırpına-çırpına haqqında düşündüyüm mətləblərin çoxunu da mənə ilk dəfə Əfrasiyabın açarları anlatmışdı: müharibədən top-tüfəng səslərindən çox, uşaq səsləri gəlir. Fonunda donuz saxlancına çevrilmiş məscidlərimiz!..

Faciələrimizin yaşandığı yerlərdə Allahın evi də uçurulmuşdu. Allahın da evi yox idi! Bəs Allahın özü necə? Son nəfəsinədək yalnız Ona güvənən, Ona güvənə-güvənə qətlə yetirilən minlərlə günahsız insanın ürəyində, görəsən, sağ qala bilmişdimi?..

O insanların ən çox da körpə çığırtısına bənzər ah-naləsi – fəryadı içində, görəsən, niyə axı Əfrasiyabın açarları hər titrəyişi ilə mənə həm də kilsə zəngini xatırladırdı?..

Əfrasiyabın açarları qıfıl kimi kilidlənmiş suallarımızın cavabı idi – faciələrimizin dilini bilirdi, ağrılarımızın adından danışırdı. Və hər danışanda Əfrasiyabın gözləri o günlərin dipdiri şəklinə, qıpqırmızı rəsm sərgisinə çevrilirdi...

Əfrasiyabın açarları Əfrasiyabın kimliyi idi...

Elə bizim özümüzün də!.

***

Torpaqlarımızın işğalı mənim ölkəmə səhərin açılmasını arzulamayan insanları da gətirmişdi. Onsuz da Günəşin üzünü az-az görürdük. Qara buludların səmamızda at oynatdığı vaxtlardı.

Bizim səhərlərimizin Günəşi yox idi...

Bizim Günəşimiz gecələr doğulurdu...

Uşaqlar gündüzlər Günəşin şəklini hara gəldi, necə gəldi çəkirdilər. Həmişə də elə gözəl alınırdı ki. O şəkillərdə ruhumuza təsəlli, ürəyimizə söykənəcək nəsə olurdu, nəsə tapırdıq mütləq. Axı bizim gündüzlərimiz də gecələrimizi yamsılayırdı. Gündüzlərimizi də gecələrimiz kimi yaşayırdıq...

Gecələrimizdə yaşayırdıq...

...Kərim kişi Şıxbabalı kəndində qoyub gəldiyi həyət-bacasının açarlarını əlindən saldığı gün keçindi: illər uzunu barmaqlarının arasında təsbeh kimi çevirdiyi açarları...

Mədinə ana o açarları həyat yoldaşından qabaq yerdən götürdü...

Agbirçək vaxtında ömrü özünə yük olmuşdu. Balalarına yük olmaq istəmirdi. Ev-eşiyini istəyirdi. Hər gecə yuxularında silib-süpürdüyü, sahmana saldığı ev-eşiyini: ev-eşiyində qoyub gəldiyi nə vardısa, hər şeyi...

Mədinə ana hər səhər yerindən qalxan kimi, hər gecə yuxularında gördüklərinin ardını yaşayırdı. Müharibə onu öz dünyasından qopara bilməmişdi. Oğul-qız evində də, xəstəxana palatasında da pəncərəsi yalnız bir ünvana açılırdı – Şıxbabalı kəndinə. Hara baxırdısa, haradan baxırdısa, ancaq öz evini görürdü: özünü ancaq öz evində görürdü...

Orada hər şey yerində idi, hər şey: evi də, evindəkilər də. Nəyi harada qoymuşdusa, orada da qalmışdı: “Qızım, səhəngimizi köhnə xalçaya bükmüşəm. Əl yerindədi. Əgər gərəyin olsa, qulplucanı da, aşsüzəni də, sinini də, teşti də səhəngin böyründən götürərsən. Bu gündən sabaha etibar yoxdu, bala. İndidən deyirəm ki, gələndə axtarmayasız...”

Mədinə ana həmişə öz evində danışırdı – öz evindən danışırdı. Doğmalarının bəzən acı gülüşlə, bəzən göz yaşları ilə dinlədiyi xatırlatmalarında nə şübhə vardı, nə də kədər. Yurd-yuvasının viran qoyulduğunu ömrünün sonunadək heç kim ona inandıra bilmədi...

Və günlərin bir günü sübh tezdən yerindən qalxıb qonşu otağa keçdi. Geri dönəndə əynində toy-düyünlük donu vardı – çox sevdiyi. Sonra çantasını qoluna keçirib həyət-bacasının açarlarını götürdü. Əlini qapının dəstəyinə uzatdı...

Bayaqdan gördüklərini lal təbəssümlə izləyən Rey onu son anda yolundan saxladı:

- Hara gedirsən, a ana?

- Boy, hara gedəjəm, ay oğul? Kəndimizə. Gedəjək özgə yerimmi var? Novruz qafımızın ağzını kəsdirif. Gedim həyət-bajanı bir sahmana salım, ev-eşiyə əl gəzdirim. Nə qədər xəstəxanalarda küllənmək olar axı, oğul...

Reyin nəqlində 85 yaşlı anasına qahmar çıxan, haqq qazandıran bir ifadə də vardı: “Anamın huşu getmişdi, yaddaşı itmişdi...”

Yox, dostum! Yanılırsan. Mədinə ananı həmişə öz ev-eşiyində, ayaqda saxlayan itirilmiş yaddaş deyildi!..

İtirilməmiş yaddaşdı!..

O yaddaşın ən böyük saxlancı Mədinə ananın həmişə ovcunda tutduğu, heç vaxt ayrılmadığı evinin açarları idi – bağlarımızı üzülməyə, ruhumuzu ölməyə, qürurumuzu sınmağa, ümidimizi kəsilməyə qoymayan! Bizə yolumuzu tanıtdıran açarlar!..

P.S. Patton “Şərəf” ordeninə görə general paqonundan keçməyə hazır idi, Eyzenhauer isə “Ağ ev”dən! İndi mən də bir əsgər kimi daha çox qürurumuz –kimliyimiz naminə qatıldığımız savaşda son günədək ön cəbhəni paylaşan xüsusi təyinatlılarımızın haqqını tanımaq şərəfimdən keçirəm. Və onu döyüşən açarların bağından “Şərəf” ordeni kimi asıram: bizim mücadiləmiz torpaqdan böyük, müharibədən ağır idi!..

Qələbəniz mübarək, ev-eşiksiz yurd yerlərimiz!

Qapısız qıfıllarımız, qələbəniz mübarək!

Qələbəniz mübarək, qıfılsız açarlarımız!..

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Avqust 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri