Icma.az
close
up
RU
VAHİD ƏLƏKBƏROVUN NEFT İMPERİYASINA SARSIDICI ZƏRBƏ Nədən mütəxəssislər “Lukoil bitdi” deyir?

VAHİD ƏLƏKBƏROVUN NEFT İMPERİYASINA SARSIDICI ZƏRBƏ Nədən mütəxəssislər “Lukoil bitdi” deyir?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Putinin Ukraynadakı müharibəyə son qoymaq istəməməsi səbəbindən Rusiyanın ən nəhəng iki neft şirkətinə - “Rosneft” və “Lukoil”-ə sanksiyalar tətbiq edib. Bu sanksiyalar indiyədək Rusiyaya qarşı yönəldilən ən ağır və ağrılı sanksiyalardan biri hesab olunur.

Xüsusilə “Lukoil”-in bu sanksiyalardan daha ciddi zərbə alacağı bildirilir. Qeyd edək ki, zatən Ukrayna PUA-larının tez-tez baş verən hücumlarından ən çox ziyan çəkənlərdən biri məhz “Lukoil”-in neft infrastrukturu, zavodları və anbarlarıdır. Sanksiyalar isə şirkətin vəziyyətini daha da ağırlaşdırır.    

Qərb mətbuatı yazır ki, bu sanksiyalar Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun neft səltənətinə son qoya bilər. Məsələn, “Forbes”-in iddiasına görə, 28 milyard dollarlıq sərvəti ilə Rusiyanın ən varlı neft maqnatı olan Vahid Ələkbərovun onilliklər ərzində qurduğu neft imperiyası, son aylarını yaşayır. Qeyd olunur ki, ABŞ sanksiyalarına məruz qalan və Ələkbərovun 28% paya sahib olduğu “Lukoil”, 11 ölkədəki xarici aktivlərini məcburən satmağa başlayır: “Bunlara Bolqarıstan, Rumıniya və Hollandiyadakı neft emalı zavodları, Avropa Birliyindəki yanacaqdoldurma məntəqələri şəbəkəsi və Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir, BƏƏ, Latın Amerikası, Qərbi və Mərkəzi Afrikadakı istehsal müəssisələri daxildir”. 

Şirkətin keçmiş top meneceri isə “Politico” nəşrinə açıqlamasında deyib ki, “Lukoil bitdi". O, xarici aktivləri olmadan “Lukoil”-in gəlirinin 30%-ni itirəcəyini təxmin edir. Keçən il şirkətin gəlirləri 8,4 trilyon rubla çatmışdı ki, bunun da 1 trilyondan çoxunu “Lukoil” səhmdarlara ödəyib: “Neft sənayesi mütəxəssisinin nəslindən çıxan və SSRİ-nin Neft Sənayesi nazirinin son müavini olan Vahid Ələkbərov şəxsən ötən 2 milyard dollardan çox pul qazanıb. O, 1990-cı illərin səhm müqabilində kredit hərraclarından sonra varlanıb”.

Sanksiyalar və məcburi satışlar səbəbindən indi “Lukoil” ümumi karbohidrogen istehsalının 15-17%-ni itirə bilər”. Bunu isə “Alfa Bank”-ın analitikləri bildiriblər. Onlar qeyd ediblər ki, “Lukoil” öz neftinin 6,5%-ni və qazının demək olar ki, tam yarısını xaricdə istehsal edir. 5000 yanacaqdoldurma məntəqəsi şəbəkəsini təmin edən xaricdəki neft emalı zavodları isə “Lukoil”-in ümumi neft emalı həcminin dörddə birini təşkil edir. “Alfa Bank” xəbərdarlıq edir ki, xarici aktivlərin itirilməsi "Lukoil”-in maliyyə göstəricilərinə çox əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər.

Mütəxəssislər bildirir ki, Ələkbərov təxminən 10 milyard dollar dəyərində neft emalı zavodlarını, yanacaqdoldurma məntəqələrini və neft yataqlarındakı paylarını demək olar, dəyər-dəyməzinə satmalı olacaq. “Kasatkin Consulting” şirkətinin başçısı Dmitri Kasatkinin sözlərinə görə, “Lukoil” Rusiyaya "dost olmayan” ölkələrin yurisdiksiyalarındakı aktivlərinə 70%, neytral və dost yurisdiksiyalarda isə 50%-ə qədər endirim təklif etmək məcburiyyətində qalacaq.

ABŞ Xəzinədarlığı tərəfindən verilən lisenziyaya əsasən, “Lukoil” bütün əməliyyatları 21 noyabr tarixinə qədər başa çatdırmalıdır. Lakin hər şeyi bir ay ərzində satmaq qeyri-realdır. Kasatkinin sözlərinə görə, bu cür aktivlərin satışı üçün tipik müddət 6-12 aydır. Ona görə də “Lukoil” böyük ehtimalla lisenziyanın uzadılması üçün müraciət edəcək. Lakin bu müraciətə müsbət cavab veriləcəyi ehtimalı çox deyil. 

Mütəxəssislər bununla yanaşı, hesab edirlər ki, “Lukoil”-in İraq, Qazaxıstan və Azərbaycandakı böyük istehsal müəssisələri onun mülkiyyətində qala bilər. Məsələn, Qazaxıstanın “Tengizchevronoil” şirkəti və “Lukoil”-in Xəzər Boru Kəməri Konsorsiumundakı payı ABŞ sanksiyalarından azad edilib. İraqda isə “Lukoil” Qərbi Qurna layihəsində qalmaq üçün payını azaltmağa məcbur olacaq. Qeyd olunur ki, çox şey şirkətin fəaliyyət göstərdiyi ölkələrin siyasi iradəsindən və Ələkbərova münasibətindən asılı olacaq.

“Lukoil”-in Rusiyada istehsal etdiyi və sonra Hindistana və Çinə ixrac etdiyi neftə gəldikdə isə onun gələcək taleyi 2026-cı ilin əvvəlinə qədər qeyri-müəyyən olaraq qalacaq. Çinə tədarük yəqin ki, davam edəcək, lakin hazırda ABŞ ilə ticarət danışıqları aparan Hindistanla problemlər yarana bilər. Çünki ABŞ Hindistanla anlaşmanın açıq şəkildə şərtlərindən birinin Rusiya neftindən imtina etmək olduğunu bildirib.

Bütün bunlar “Lukoil”-i olduqca ağır günlər gözlədiyindən xəbər verir. Şirkətin bu zərbələrdən nə qədər böyük itkilərlə çıxacağını, ümumiyyətlə, bu neft imperiyasının davam gətirə bilib-bilməyəcəyini yaxın aylarda görəcəyik.

C.Məmmədli

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Oktyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see668

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see320

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see293

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see277

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see256

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see228

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see206

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see189

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see180

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see177

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see177

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see163

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see163

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see161

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see159

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see155

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see155

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri