Icma.az
close
up
RU
Vahid Mustafayev Prezidentə təşəkkür etdi: Hər bir ANS fədaisi...

Vahid Mustafayev Prezidentə təşəkkür etdi: Hər bir ANS fədaisi...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyevin sərəncamı ilə təsis olunmuş “Azərbaycan Milli Mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunanlar sırasında ANS-in qurucularından Vahid Mustafayev də var.

Globalinfo.az xəbər verir ki, Vahid Mustafayev bununla bağlı Prezident İlham Əliyevə təşəkkürünü bildirib:

“Deyirlər ki, insan adətən medalı iki halda alır: ya artıq heç nə edə bilmədiyi üçün, ya da çox şey etdiyini sübut etmək mümkün olmadığı üçün. Biz inanırıq ki, bu medal birincisi deyil, ikincisidir. Qardaşlarımla birlikdə biz sadəcə mətbuat tarixinin bir hissəsini deyil, müstəqil Azərbaycanın sinir sistemi, yaddaşı və vicdanı kimi formalaşan bir media qurduq. Vətənimizin dirçəliş illərində jurnalist olmaq rahat peşə deyildi.  Bu, təhlükəli bir vərdiş idi. Bəzən məlumat əldə etmək və həqiqəti demək güllədən sürətli, tankdan ağır, minalardan isə daha partlayıcı olurdu. Biz bunu bilirdik, amma yenə də silahımızı, mikrofonu yerə qoymadıq. Bu yol ağır oldu, itkilərsiz keçmədi və hər birimiz bu yükü öz taleyində daşıdı”.

V.Mustafayev qeyd edib ki, ANS Azərbaycanın müstəqilliyindən 8 ay əvvəl yaranıb:

“Yəni biz hələ dövlətin özü ayağa qalxmamış, onun sözünü ayaqda saxlamağa çalışırdıq. Uzun illər ərzində dünya Azərbaycanla bağlı həqiqətləri birbaşa ANS-dən alırdı. Bəzən işıq yox idi, bəzən maliyyə yox idi, bəzən də sabahın olacağına dair zəmanət. Amma bir şey həmişə var idi – məsuliyyət. O məsuliyyət ki, xalqın xəbəri xalqdan gizli qalmasın. Bu gün “Azərbaycan Milli Mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunmağımızı, doğrusu, şəxsi uğurdan çox, uzun və sərt, dəqiq, qərəzsiz və vicdanlı bir yolun nəhayət ki, tarixdə öz yerini tapması, şərəfli yolumuzu xəritəyə salınması kimi qəbul edirik. Bu medal bizim sinəmizdə yox, xalqımız tərəfindən layiqli sayılan hər bir əsl ANS fədaisinin illərlə daşıdığı məsuliyyətin və yükün üzərində parlayır. Milli mətbuata göstərilən bu yüksək diqqətə və verilən dəyərə görə Sizə səmimi təşəkkürümüzü bildiririk”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri