Vahid Mustafayevdən 85 min manatlıq saat oğurluğu: Çin vətəndaşlarına 5 il cəza verildi
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda “VMF Continental” mağazasından 85 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin vətəndaşları Zhang Guomin və Liu Bo-nun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Gununsesi.info xəbər verir ki, aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsi hər iki şəxsə hökm oxuyub.
Hökmə əsasən, Zhang Guomin və Liu Bo 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər və cəzaları bitdiyi an ölkədən kənarlaşdırılacaqlar.
Ötən prosesdə dövlət ittihamçısı onların 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Hadisə ötən ilin oktyabr ayında paytaxtın Yasamal rayonunda yerləşən “VMF Continental” mağazasında qeydə alınıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin oğurluq, külli miqdarda ziyan vurduqda maddəsi ilə ittiham olunub.
VMF şirkəti tanınmış jurnalist, ANS-in rəhbəri Vahid Mustafayevə məxsusdur.
Şirkətin adının abreviaturası da məhz onun adı, soyadı və ata adından götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 21 Aprel 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















