Icma.az
close
up
RU
Valdas Dambrauskas: Azərbaycan çempionatında favorit yoxdur

Valdas Dambrauskas: Azərbaycan çempionatında favorit yoxdur

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının II turunun "Şamaxı" – "Sabah" oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– "Sabah" aikəsini, rəhbərliyini, uzaq səfərə gəlmiş azarkeşləri, oyunçularımı təbrik etmək istəyirəm. Dörd ilə yaxındır, burda qalib gələ bilmirdik. Bu, mənimçün xoş oldu. Meydanda görmək istədiklərimizi gördük. Rəqib çox-çox çətin komandadır. Bura gələn bütün kollektivlər 100 faizini verməzlərsə, inadkar, yaxşı təşkil olunmuş rəqib görəcəklər və qələbə çətin olacaq. "Şamaxı" yaxşı müdafiə olunur. Oyuna yaxşı başladıq. Həftə ərzində bunun üzərində çalışmışdıq. Lakin fərqli tip ötürmələrdən istifadə edə, daha çox cərimə meydançasında topa sahib ola bilərdik. Fasilədən sonra boşluqlar tapmaq çətin idi. Havanın da təsiri ola bilər. Rəqib möhtəşəm zərbə ilə fərqləndi və qoldan sonra verdiyimiz reaksiya çox xoşuma gəldi. Yeni, gümrah oyunçuları meydana buraxdıq. Hiss edirdik ki, böyük səhvlər etməsək, burdan qələbə ilə qayıdacağıq. İndi bunları unutmalıyıq və növbəti matçlara köklənməliyik. Sabah məşqimiz var. Bütün komandalar müsbət motivasiya ilə yarışa başlayıb. Səfərdə qazanılan üç xal məmnunedicidir.

– Avrokuboklardan sonra Premyer Liqada ilk oyuna çıxdınız. Çempionatımızın hansı özəlliyi diqqətinizi çəkdi?


– Heç vaxt avrokubok oyunundan sonra yerli çempionata köklənmək asan olmur. Futbolçuların necə reaksiya verəcəyi bilinmir. Belə hallarda əsas məqam intizamdır. Bu intizama sahib olsan, çox şey əldə edə bilərsən. Avropada 6 oyun keçirmişik və oyun ritminə alışmışıq. Konfrans Liqasına vidadan sonra 10 gün fasilə oldu və qismən ritmimizi itirdik. Azərbaycan çempionatını izləmişəm. Burda favorit yoxdur. Top komandalar – "Qarabağ", "Neftçi"yə qarşı oynayanlar da meydana inadlı çıxır. Hər klubun öz spesifik oyun planı var. Bütün klublarla birlikdə böyüməliyik.

– Mikels və Noqeyranın mübahisə etdiyi epizodu necə şərh edərdiniz?


– Belə halları görməkdən məmun deyilik. Orda mübahisənin əsas səbəbi daha yaxşı oynamaq istəmələri idi. Artıq hər şey bitib və oyundan sora bir-biriləri ilə qucaqlaşdı.

– Məqsədinizə çatmaq üçün daha neçə legionerə ehtiyacınız var?


– Oyunçularımın necə məşq etmələrini, yanaşmalarını izləyirəm. Heyəti seçəndə onların milliyətinə baxmıram. Kimin necə çalışdığına fikir verirəm.

– Legioner futbolçu transferi olmayacaq?


– Transferlə barədə düşünürük. Oyunçu gətirəndə onun pasportuna baxmırıq. Azərbaycanlı bir oyunçu olsa və bizim istədiyimiz mövqeyə uyğun olsa, onu komandaya götürərəm. Futbolçunu transfer xətrinə transfer etmirik. Heyətimizdən razıyam. İki aydır, burdayam. Çalışıram, düşünürəm ki, heyəti tamamilə tanımaq üçün kifayət qədər vaxt olmayıb.

– "Qarabağ" Azərbaycan çempionatında demək olar, ikinci heyətlə meydana çıxır. Sizcə, bu fonda çempionluq uğrunda mübarizə apara bilərsiniz?


– Bu barədə şərh verə bilmərəm. "Qarabağ"ın hansı heyətlə oynayacağı haqda danışmaq istəməzdim. Mənimçün əsas və ya ehtiyat heyət anlayışı olmayacaq. Çalışırıq ki, həmişə inkişaf edək. Mövsümün sonunda necə olacağını deyə bilmərəm. Bakıya qayıdıb, növbəti oyuna hazırlıq başlayacaq. Növbəti həftə "İmişli"yə qarşı önəmli oyun olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://sport24.az
archiveBu xəbər 24 Avqust 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri