Icma.az
close
up
RU
Valdas Dambrauskas: Başqalarının taleyi bizi maraqlandırmır

Valdas Dambrauskas: Başqalarının taleyi bizi maraqlandırmır

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Sabah" Bizon Azərbaycan Kubokunun final görüşündə "Zirə" ilə üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Mənim üçün böyük şərəfdir ki, buradayam. Ardıcıl ikinci il kubokun finalında oynayacağıq. Hər ölkədə kubok finalı çox böyük hadisədir. Adətən mövsümün sonunda keçirilən finalda bəzi klublar titul qazanmaq üçün gözəl fürsət əldə edirlər. Bəzi ölkələrdə superkubok da var. Səbirsizliklə sabahkı oyunu gözləyirik. Rəqibimiz "Zirə"ni də təbrik edirəm ki, finala çıxıblar. Düşünürəm ki, sabah meydanda hər iki komanda çox yaxşı oyun göstərəcək. Hər həsi tribunalara çağırıram. İnanıram ki, azarkeşlər oyundan həzz alacaqlar. Ötən mövsüm kuboku qazanmışıq. Çalışacağıq ki, yenidən bu titulu əldə edək. Çox finallar görmüşəm. Bilirəm ki, finallar hər iki komanda üçün necə çətin olur. Düşünürəm ki, sabahkı oyunda drama, çoxlu qollar, həyəcanlı oyun görəcəyik. İstərdim ki, meydançadan ən yaxşı olan komanda qalib ayrılsın.

- "Zirə" ilə son matçınızda 2:2 hesabı qeydə alınıb. Sabah da belə olsa, penaltilərə hazırsız? Kubokun finalı sizin üçün nə ifadə edir?

- Mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Bizim üçün tarixi fürsətdir. Hamımız əlimizdən gələni edəcəyik ki, titula yenidən yiyələnək. Buna nail olsaq, klubun adını tarixə yazdıracağıq. Hər cür nəticə ola bilər, oyun əlavə vaxta da gedə bilər. Bu matçda drama görə bilərik. Yorğunluq da ola bilər. Sonlarda oyunçuların necə olacağını deyə bilmərəm. Amma penaltiləri məşq etmişik. Futbolçularım hər məşqdən sonra bunu edirlər. Lazım olsa, bilirik ki, kimə güvənə bilərik.

- Kubokun finalı "Zirə" və "Neftçi"nin avrokubok taleyini həll edə bilər. Bunu fikirləşəndə, üzərinizdə hansısa təzyiq hiss edirsiz?

- Öz üzərimizdə necə təzyiq hiss edə bilərik ki? Bu suallara bir az nifrət edirəm. Kubok finalıdır, hər iki komanda üçün tarixi oyundur. Başqa şeylər haqda düşünmürük, sadəcə öz oyunumuzu düşünürük. Üçüncü komanda necə olacaq, bizi maraqlandırmır. Əgər qalib gəlsək, azarkeşlərimizi sevindirəcəyik. Uduzsaq, onları məyus edəcəyik. Başqa şeyi düşünmürük. Digər komanda da bu cür düşünür. Özümüz öz üzərimizdə təzyiq hiss edirik. Özümüz üçün oynayacağıq. Başqalarının taleyi bizi maraqlandırmır.

-  Yeddi titul qazanmısız. Bu, sizin üçün əlavə üstünlük sayıla bilər? "Zirə" Rəşad Sadıqovun rəhbərliyi altında iki dəfə final oynayıb. Bu, onlar üçün üstünlükdür?

- Əlbəttə ki, fərqli duyğulardır. Keçmişdə qazanılan uğur artıq keçmişdə qalıb. Çünki o uğuru fərqli komandalarla əldə etmişəm. Mənə görə finallar baş məşqçilərə o qədər təcrübə vermir. Təcrübəni hər gün məşqlərdə, yanaşma ilə əldə edirsən. Finallar səni yaxşı məşqçi etmir. Rəqib də, biz də əlimizdən gələni edəcəyik ki, sabah qalib olaq. İstəyərdim ki, sabah dramatik, həyəcanlı oyun olsun.

- "Zirə" böyük ehtimalla beşli müdafiə sistemi ilə oynayacaq. Belə oynayan komandaların müdafiə xəttini yarmaq üçün hansı planlarınız var? Daha çox buna hazırlaşmısız, yoxsa "Zirə"dən sürpriz oyun gözləyirsiz??

- Hər şeyi sizə desəm, marağı qalmayacaq. Bu rəqibə qarşı hazırlaşmaq çətindir. "Zirə" ilə artıq üç dəfə oynamışıq. Dəfələrlə onların oyunlarına baxmışam, təhlil etmişəm. Bir-birimizi heç də böyük sürprizlər gözləmir. Çox yaxşı tanıyırıq bir-birimizi. Bu oyunun taleyini kiçik detallar həll edəcək. Əvvəlki oyunlara necə hazırlşamışıqsa, bu matça da elə hazırlaşacağıq. Bizim A, B, C planlarımız olur ki, sürətli reaksiya verək. Üzərimizdə çox təzyiq yoxdur. Sabah təzyiqsiz oynayacağıq. İstəyərdim ki, çox yaxşı oyun nümayiş etdirək.  İstədiyimiz oyunu göstərsək, sabah ən yaxşı komanda olacağıq.

- Adətən Azərbaycanda kubokun finalı mövsümün sonunda olurdu. Artıq bu mövsüm dəyişiklik edilib. Siz özünüz də bu haqda danışdınız. Necə düşünürsüz, bu cür təqvim oyunçularınızı daha çox motivasiya etməyə imkan yaradır? Hər halda, son oyunda futbolçular daha çox tətil haqda düşünür...

- Səmimi desəm, bu barədə fikrim yoxdur. Çünki ölkədə qaydalar necədirsə, ona hörmət edirik. Təşkilatçılara hörmət edirik. Önəmi yoxdur mənim üçün. Bu ölkənin böyük futbol tarixi var, biz kimik ki, gələk nələrisə dəyişməyə çalışaq. Oyunları tərbit edərkən təqvim önəmlidir. Hansı gün lazımdırsa, o gün də oynayacağıq. Bu barədə nəsə deməyim düzgün olmazdı.

- "Omoniya"nın baş məşqçisi olarkən, "Zirə"ni 6:0 məğlub etmişdiniz. Bu mövsüm isə "Sabah"ın çalışdırıcıs kimi "Zirə"yə 3:0, 3:1 qalib gəlmisiz. Bir adama çox məğlub olursansa, ona qarşı aqressiv olursan. Sabah meydanda daha qressiv "Zirə", daha aqressiv Rəşad Sadıqov gözləyirsiz?

- Bu, finaldır. Bu cür staitstikanın heç bir mənası yoxdur. Final hər iki komanda üçün çox önəmlidir. "Omoniya"da olarkən Bakıda 1:0 məğlub olmuşduq. Keçmiş oyunların sabahkı finala heç bir təsiri yoxdur. Biz bir-birimizi tanıyırıq. Final elə oyundur ki, hər şey baş verə bilər. Düşünürəm ki, həriki komanda çox aqresiv olacaq, qalib gəlmək istəyəcək. İstəyərdim ki, azarkeşlər bu oyundan həzz alsınlar. Səbirsizliklə sabahkı matçı gözləyirik.

- "Zirə" avrokubokları vəsiqəni təmin etmək üçün sabah qalib gəlməlidir. Onların bu istəyi sizə problem yarada bilər?

- Siz necə fikirləşirsiz? "Zirə" bizə problem yarada bilər?

- İstəklərinizi nəzərə alsaq, ola bilər...

- Onlar bizə, biz də onlara problem yaratmağa çalışacağıq. Bu, meydançaya çıxarkən hər iki komandanın düşündüyü tapşırıqdır ki, bir-birinə problem yaratsınlar. Sabah az səhv edən komanda qalib olacaq. İnşallah sabah ən yaxşı komanda meydandan qalib ayrılar.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://sportal.az
archiveBu xəbər 12 May 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri