Icma.az
close
up
RU
Valdas Dambrauskas: Öz səviyyəmizdən aşağı çıxış etdik

Valdas Dambrauskas: Öz səviyyəmizdən aşağı çıxış etdik

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sabah" Misli Premyer Liqasının 29-cu turunda "Bank Respublika Arena"da "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün çox çətin, ağır oyun alındı. Bu da gözlənilən idi. Çünki "Qarabağ"a qarşı iki vacib oyun keçirmişdik. Həmin matçlarda çox enerji itirmişdik. Öz səviyyəmizdən aşağı çıxış etdik. Birinci hissədə istədiyimizdən zəif oynadıq. İkinci yarıda daha çox qol fürsətlərimiz oldu. Fasilədən sonra oyuna enerji ilə daxil olduq. Daha çox istəyən tərəf biz idik. Hər iki komanda 10 nəfərlə qalanda daha çox top saxlamağa çalışdıq. Rəqibin risk edəcəyini gözləyirdim. Amma riskə getmədilər. Yenə 5-4 sisteminə sadiq qaldılar, hücumçusuz çıxış etdilər. Azarkeşlər üçün o qədər də baxımlı oyun alınmadı. Hər oyunu eyni şəkildə keçirə bilmərik. Ən önəmlisi odur ki, 3 xal qazandıq. Yolumuza davam edirik. Qısa müddətdə bərpa olub "Şamaxı" ilə oyuna köklənməliyik.

- Xəyal Əlliyev son vaxtlar az şans qazana bilmir. Mütəmadi olaraq start heyətində yer alması üçün nə çatmır?

- Rəqabət var. Çox yaxşı komandayıq. Hücumda güclü oyunçulara sahibik. Qələbə qazanırsansa, hücumçunu dəyişmək çətindir. Amma onu deyə bilərəm ki, Xəyal bu mövsüm bizə çox fayda verib. Mikelsin yoxluğunda o çox yaxşı çıxış etdi. Çalışmağa davam etməlidir. öz üzərində daha çox işləməlidir ki, komandada əsas hücumçuya çevrilsin. Amma bu da asan deyil. Komandada çox yaxşı hücumçular var. Xəyalı başa düşürəm. Onun davranışı, yanaşması, döyüşkənlik ruhu çox xoşuma gəlir. Bəzən bizə başla yaxşı oynayan hücumçu lazım olur. O zaman lazım olan oyunçudan istifadə  edirik. Bu, mənim qərarımdır və qərarımın arxasındayam. İnanıram ki, öz üzərində çalışmağa davam etsə, həmişə oynamaq imkanı əldə edəcək.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sportal.az
archiveBu xəbər 27 Aprel 2026 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri