Icma.az
close
up
RU
Valdas Dambrauskas: “VAR hakimin verdiyi qərarı dəstəkləməlidir”

Valdas Dambrauskas: “VAR hakimin verdiyi qərarı dəstəkləməlidir”

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının VII turunun "Karvan-Yevlax" - "Sabah" matçından (0:2) sonra qonaqların baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Bu gün birinci saniyədən sona qədər dominant tərəf idik. İki qol vurduq, amma daha çox qol vura bilərdik. Oyunçularımın daha çox qol vurmasını istəyərdim ki, özlərinə inamı artırsınlar. Üç xalı əldə etdik. Son saniyələrdə baş verənlər hamımızı üzdü. Biz Allaha dua edəcəyik ki, Mikelsə heç nə olmasın. Çünki bu tip zədələr bəzən çox ciddi olur".

- Adətən, bu tip oyunlarda məşqçilər aparıcı oyunçularının zədələnməməsi üçün onları əvəzləyirlər. Mikelsi əvəzləmək olmazdı? 
- Nəyə görə belə dediyinizi anlamadım. Mikels mərkəz hücumçumuz kimi oynayacaq yeganə oyunçumuz idi. Böyük istək və arzusu var idi ki, daha çox fərqlənsin. Aktivindəki qolları artırmaq istəyirdi.

- "Sumqayıt"la görüşdən sonra oyunun baş hakimini tənqid etmişdiz, onun qərarları ilə razılaşmamışdınız. Amma Hakimlər Komitəsinin rəhbəri Frenk De Blekere hakimin qərarlarının hamısının düzgün olduğunu açıqlayıb...
- 
De Blekere həqiqətən hakimlərin "Sumqayıt"la görüşdəki bütün qərarlarının doğru olduğunu deyib? Hər kəsin öz rəyi var. Hər rəyə, hər fikrə hörmət etməliyik. Mən də onun fikrinə hörmət edirəm. Onunla bu barədə nəsə mübahisə etmirəm. Amma mən TOP səviyyədə olan, Çempionlar Liqasında, Avropa Liqasında işləmiş hakimlərlə danışdıqdan sonra deyə bilərəm ki, əsasən "Sumqayıt"la görüşdə vurduğumuz 2-ci qolda qətiyyən düzgün qərar verilmədi. İlboyu belə hallar baş verəcək, bu qərarlar davam etdiriləcək? Son dəqiqələrdə ləğv edilməyən qərarımıza gəldikdə, VAR verdiyin qərarını dəstəkləməlidir. Mən orada əl görmədim. Bilirsiz, biz sanki qaranlıq otaqda pişik axtarırdıq. TV-dən baxanda belə, görürsən ki, əl görünmür, sübut yoxdur.

- Coy-Lens Mikelsin zədəsi ciddi olarsa, qarşıdakı turda komandanın mərkəz hücumçusu kim oynayacaq? Bu məqam sizə problem yarada bilər?
- 
Mikels oynasa da, oynamasa da kim deyə bilər ki, "Zirə" bizə problem yaratmayacaq? Bu, bizdə birinci və sonuncu zədə olmayacaq. Təəssüf ki, futbolda belə hallar baş verir. Əlimizdə kimlər varsa, onların xidmətindən istifadə edəcəyik. İtkilərimiz çoxdur. Heç vaxt məndən şikayət eşidə bilməzsiz ki, oyunçular oynamadı deyə, uduzduq kimi açıqlama verəm. Sizə milyon faiz qaranti verə bilərəm ki, "Sabah" qarşıdakı tura da meydana 11 nəfərlə meydana çıxacaq.

Minifutbol turniri: APA və “Baku TV” qələbə qazanıb - FOTO Aqil Nəbiyev: “Komandamla qürur duyuram” Saşa İliç: “Əlimizdə olan oyunçular budur” Kurban Berdıyev: “Müəyyən çatışmazlıqlar var” “Turan Tovuz” 3 xalı 3 qolla qazandı - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://apasport.az
archiveBu xəbər 05 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri