Icma.az
close
up
RU
Valeh Ələsgərov: “Ələt Azərbaycanın gələcək iqtisadi güc mərkəzidir” MÜSAHİBƏ

Valeh Ələsgərov: “Ələt Azərbaycanın gələcək iqtisadi güc mərkəzidir” MÜSAHİBƏ

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan iqtisadiyyatının davamlı inkişaf strategiyasında xüsusi yer tutan Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) yaradılması təkcə ölkə səviyyəsində deyil, bütövlükdə regionda yeni iqtisadi mərhələnin başlanğıcını qoyub. Qlobal iqtisadi çağırışların və geosiyasi dəyişikliklərin yaşandığı bir dövrdə ƏAİZ-in fəaliyyətə başlaması Azərbaycanın tranzit-logistika potensialının, ixrac imkanlarının və investisiya cəlbediciliyinin əhəmiyyətli dərəcədə artmasına şərait yaradır.

Bu layihə Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir və Prezident İlham Əliyevin strateji baxışının bariz təzahürüdür. Qısa müddətdə böyük irəliləyişlər əldə edən Ələt Azad İqtisadi Zonasının fəaliyyəti artıq beynəlxalq ekspertlər tərəfindən uğurlu model kimi dəyərləndirilir.

Bakıvaxtı.az olaraq bu mövzu ətrafında Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovla söhbətləşdik.

- Valeh müəllim, Ələt Azad İqtisadi Zonasının yaradılmasından bu günədək əldə edilən əsas nailiyyətlər və hazırda görülən işlər nələrdir?

- Əslində, ƏAİZ 2023-cü ilin iyun ayında ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə inşaat işləri tamamlandıqdan sonra fəaliyyətə başlayıb. İnvestorlar üçün ən vacib şərtlərdən biri infrastrukturun öncədən tam hazır vəziyyətdə olmasıdır. Beynəlxalq təcrübə də göstərir ki, uğurlu azad zonalar, məsələn, İrlandiyada Şennon, Sinqapurda Curonq, Çində Şencen və BƏƏ-də Cebel Əli nümunələri məhz bu prinsipi əsas tutaraq formalaşıblar. Bizim qanunvericilik investorlar üçün çox cəlbedici biznes mühiti yaradır. ƏAİZ ərazisində vergi və gömrük rüsumları tətbiq edilmir. Bununla yanaşı, infrastrukturun tam hazır vəziyyətdə olması təmin edilib. Pandemiya dövrü başa çatana qədər 60 hektarlıq sahə tam istifadəyə hazır vəziyyətə gətirildi. Hazırda həmin ərazi investorlar arasında bölünüb: onlardan ikisi bu il inşaat işlərini yekunlaşdıraraq fəaliyyətə başlayacaq, digərləri isə layihələndirmə mərhələsindədir və yaxın zamanda tikintiyə start veriləcək. Artan tələbatı nəzərə alaraq, hazırda əlavə 138 hektarlıq ərazidə də tikinti işləri aparılır. Bir neçə yeni investor artıq bu sahəyə maraq göstərib.

- Azərbaycan bu sahədə hansı beynəlxalq təcrübələrdən faydalanır?

- Dünyada hazırda təxminən 4–8 min arasında azad iqtisadi zona fəaliyyət göstərir. Onlar arasında ən uğurlu nümunələrdən biri İrlandiyanın Şennon Azad İqtisadi Zonasıdır. Bizim məsləhətçilər də məhz Şennonda uzun illər işləmiş mütəxəssislər olub. Bununla yanaşı, Çin, BƏƏ və Sinqapur modelləri də bizim üçün əsas istinad nöqtələridir. Həm qanunvericiliyin hazırlanması, həm də seçilmiş ərazinin layihələndirilməsi bu beynəlxalq təcrübələr əsasında həyata keçirilib.

- ƏAİZ-də ekoloji nəzarət və dayanıqlı inkişaf prinsipləri necə tətbiq olunur?

- Zonada ekoloji qaydalar Avropa İttifaqının ən yüksək standartlarına tam uyğun şəkildə tətbiq edilir. Hər bir şirkət bu standartlarla əvvəlcədən tanış olur və onlara ciddi şəkildə riayət edir. Məhz bu səbəbdən eyni ərazidə müxtəlif sənaye müəssisələrini rahatlıqla yerləşdirmək mümkündür. Layihələndirmə, inşaat və əməyin təhlükəsizliyi sahələrində də ən yüksək tələblər qüvvədədir. Bu, həm təmiz istehsal mühitini, həm də uzunmüddətli dayanıqlı inkişafı təmin edir.

- Qlobal iqtisadi qeyri-sabitlik şəraitində ƏAİZ üçün hansı risklər mövcuddur və onlarla necə mübarizə aparılır?

– Risklər hər yerdə var. Əsas məsələ onları vaxtında müəyyən edib qabaqlayıcı tədbirlər görməkdir. Biz də ƏAİZ-də mümkün riskləri minimuma endirmək üçün strateji planlaşdırma aparırıq. Məqsədimiz – az riskli, yüksək potensiala malik bir iqtisadi zona yaratmaqdır.

- Gələcək beş il ərzində Ələt Azad İqtisadi Zonasını hansı mərhələdə görürsünüz?

- Konkret rəqəm demək doğru olmaz, çünki bu, sovet planlaşdırma sisteminə xas bir yanaşmadır. Əsas məqsədimiz investorlar üçün cəlbedici mühit yaratmaq və onların etimadını qazanmaqdır. Bunun üçün biz müxtəlif ölkələrdə görüşlər keçirir, investorların gözləntilərini dinləyir və onların narahatlıqlarını aradan qaldırmağa çalışırıq. ƏAİZ dünyanın ən uğurlu layihələrinin təcrübəsi əsasında qurulduğu üçün əminəm ki, yaxın illərdə regionun ən effektiv iqtisadi zonalarından birinə çevriləcək. Hazırda Ermənistanla sülh prosesinin irəliləməsi və Zəngəzur dəhlizinin yaxın zamanda açılması gözlənilir. Bu, yükdaşımaların artmasına və Azərbaycanın Aralıq dənizi və Qara dəniz limanlarına birbaşa çıxışına imkan yaradacaq. ƏAİZ-in yerləşdiyi məkan  logistika baxımından ideal şərait formalaşdırır. Dəmir yolu, avtomobil yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birbaşa çıxış, eləcə də inşası davam edən beynəlxalq hava limanı investorlar üçün hava, dəniz və quru nəqliyyatı ilə sərbəst fəaliyyət imkanı təmin edir. Ələt Azad İqtisadi Zonasının yaxın illərdə regionun əsas logistika və sənaye mərkəzinə çevriləcəyi gözlənilir.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri