Valideyn fantaziyası meydanda: Kaka Ronaldu Messi FOTO
Icma.az, Idman.biz saytına istinadən bildirir.
İndoneziya futbolunda maraqlı hadisə yaşanıb. PSM klubunun 18 yaşlı yarımmüdafiəçisi Kaka Amrulla Ronaldu Messi əsas komandanın oyun üçün sifariş ərizəsinə daxil edildikdən sonra sosial şəbəkələrdə sürətlə məşhurlaşıb.
İdman.Biz xəbər verir ki, gənc futbolçu indiyədək PSM-in gənclər komandasında çıxış edib. Onun adı əsas komandanın ehtiyat oyunçular skamyasında görünən kimi internetdə böyük maraq doğurub.
Futbolçunun adı bir anda üç dünya ulduzunu - Kaka, Kriştianu Ronaldu və Lionel Messini birləşdirdiyi üçün azarkeşlərin diqqətini cəlb edib. Sosial şəbəkə istifadəçiləri artıq bunun 2007-ci ilin futbol ikonalarından ilhamlanan valideyn seçimi olduğunu yazır.
İndoneziyalı yarımmüdafiəçinin peşəkar karyerasının necə inkişaf edəcəyi maraqla gözlənilir. Azarkeşlər isə zarafatla gələcəkdə meydanda “Dembele Yamal Vitinya” adlı futbolçunun da görünəcəyini proqnozlaşdırırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 30 Yanvar 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















